Modern.az

Serial meydançasında faciə - 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Serial meydançasında faciə - 1 nəfər ölüb, 2 nəfər yaralanıb

2 May 2012, 12:17

Türkiyədə yayımlanan “Arxa sıradakılar” adlı serialının çəkiliş meydançasında qəza nəticəsində 3 nəfər xəsarət alıb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə,  serialın rejissor assistenti Selin Erdem qəza nəticəsində vəfat edib, iki nəfər isə yaralanıb. 

Hadisə axşam çəkilişi zamanı baş verib. İlkin məlumatlara görə fasilə vaxtı Selin Erdem də daxil olmaqla bir neçə nəfər səkidə dayanıb söhbət edən zaman, çəkiliş qrupuna daxil olan bir mikroavtobus onları əzib. Mikro avtobusun əyləc sisteminin sıradan çıxdığı bildirilir. Ağır yaralanan 26 yaşlı Selin Edem xəstəxanada keçinib. Digər yaralılar Ömər Özcan və sürücü İdris F. xəstaxanada müalicə olunur. Qəzayla əlaqədar istintaq aparılır.

Qeyd edək ki, “Arxa sıradakılar” serialı Türkiyənin TNT kanalında yayımlanır. 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir