Modern.az

İçərişəhərdə "Eurovision" hazırlıqları - FOTOLAR

İçərişəhərdə "Eurovision" hazırlıqları - FOTOLAR

Reportaj

2 May 2012, 12:57

Artıq Avropanın ən nüfuzlu  mahnı müsabiqəsi olan “Eurovision 2012“nin keçiriləcəyi may ayına qədəm qoymuşuq. Demək olar ki,  bu yarışmanın bir neçə addımlığındayıq. Bu mötəbər mahnı yarışması Azərbaycanda xüsusi bir coşqu ilə qarşılanır və mütəmadi olaraq musiqili tədbirlər keçirilir. Modern.az saytının əməkdaşları bu yarışma ilə bağlı görülən işləri daim yaxından izləyir və bu barədə yazılar təqdim edir.

Bu dəfə isə yollandığımız məkan İçərişəhər oldu. İçərişəhərdə yerləşən bütün satış dükanlarında olduq və müsabiqə ilə bağlı hansı yeniliklər etdiklərini soruşduq. Həmçinin də bu musabiqə müddətində ölkəmizə gələn qonaqlara hansı çeşidləri hazırladıqları ilə də maraqlandıq.

Dükan sahibləri dedilər ki, xüsusi olaraq bu müsabiqəyə hazırlıq görməyiblər, amma turistlərə maraqlı suvenirlər, intikvar əşyalar və digər mallar təqdim edəcəklər.

Həmçinin də öyrəndik ki, onlara “Eurovision”un loqosundan icazəsiz isifadə etmək qadağan olunub. Təbii ki, yalnız xüsusi izacə aldıqdan sonra istifadə etmək olar.  

Olduğumuz bəzi dükanlarda satıcılar xarici qonaqların xəsis olduqlarını söylədilər. Dedilər ki, adətən əcnəbilərlə yaxşı alış-verişləri baş tutmur. Amma “Eurovision 2012“ üçün Bakıya gələcək turistlərin İçərişəhərdən çox şey aparacaqlarına ümid edirlər. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Könül Səid
Elçin Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir