Modern.az

ATƏT-in Bakı Ofisi İsa Qəmbər və Əli Kərimli ilə görüşü təxirə saldı

ATƏT-in Bakı Ofisi İsa Qəmbər və Əli Kərimli ilə görüşü təxirə saldı

2 May 2012, 12:27

Bakı Ofisi: “Biz görüşün başqa vaxtda keçirilməsini təklif etdik”

“İctimai Palata nümayəndələrinin 6 may mitinqi ilə bağlı Koray Tarqayla planlaşdırdığı görüş bu həftə baş tutmayacaq”. Bu barədə Modern.az-a ATƏT-in Bakı Ofisindən məlumat verilib.

Saytımıza bildirilib ki, T.Tarqay gərgin iş qrafiki ilə əlaqədar müxalifət nümayəndələrilə yaxın günlərdə görüşə bilməyəcək.
“Cənab Koray Tarqay hər zaman siyasi partiyalarla yaxın təmasda olmağa çalışır. Sadəcə olaraq, bu həftə iş qrafikinə uyğun olaraq bu görüş baş tutmadı. Biz görüşün başqa vaxtda keçirilməsini təklif etdik”-deyə ofisdən bildiriblər.

Qeyd edək ki, İctimai Palata-ATƏT görüşündə 6 may mitinqinə normal yer ayrılması məsələsinin müzakirə olunacağı gözlənilirdi.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!