Modern.az

Afaq Məsudun və Günel Anarqızının kitabları təqdim olunub

Afaq Məsudun və Günel Anarqızının kitabları təqdim olunub

9 Yanvar 2010, 17:47

Yanvarın 9-da M.F.Axundov adına Milli Kitabxanada gənc yazıçı Günel Anarqızının “Arzu”, tanınmış yazıçı Afaq Məsudun isə “II İohan” kitablarının təqdimat mərasimi keçirilib. Modern.az xəbər verir ki, tədbirdə çıxış edən AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, bu kitablar “525-ci qəzet”in “525 kitab-Qadın yazarlarımız” layihəsi çərçivəsində nəşr olunub.

“525-ci qəzet”in bu layihəsini “Bank of Azerbaidjan” dəstəkləyir. “525-ci qəzet"in sözügedən layihəsi çərçivəsində bundan öncə Nurəngiz Gün və Aysel Əlizadənin kitabları çap olunub.
“Bank of Azerbaidjan”ın İdarə Heyətinin sədri Xəyal Şərifzadə təmsil etdiyi qurumun belə layihələrə bundan sonra da maliyyə dəstəyi verəcəyini qeyd edib.
Yazıçı Günel Anarqızı bildirib ki, “525-ci qəzet"in sözügedən layihəsi çərçivəsində kitabının çap olunmasına çox sevinib.
Y
azıçı Afaq Məsud da bu layihənin həyata keçirilməsini yüksək qiymətləndirib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?