Modern.az

Müsavat qurultay üçün yenidən Əl Oyunları Sarayını istəyir

Müsavat qurultay üçün yenidən Əl Oyunları Sarayını istəyir

2 May 2012, 14:18

Qurultayla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə göndərmək üçün növbəti məktub hazırlanır

Müsavat Partiyası qurultayla bağlı növbəti dəfə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək. Bu sözləri Müsavat başqanın müavini Gülağa Aslanlı partiyanın keçirmək istədiyi qurultayla bağlı Modern.az-a məlumat verərkən bildirib.

“Qurultayla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə göndərmək üçün növbəti məktub hazırlanır. Bu məsələyə qeyd edim ki, qurultaya hazırlıq üzrə təşkilat komitəsi baxacaq. Partiya Divanında bu məsələ müzakirə olundu və növbəti həftə qurultayın təşkilat komitəsinin çağrılması məsləhət bilindi”

Partiya rəsmisinin fikrincə, qurultay üçün alternativ yerlərin təklif edilməsinə ehtiyac duyulmur. G.Aslanlı qurultayın keçirilməsi üçün ən optimal variantın Əl Oyunlar Sarayı olduğunu bildirib.

“Mənim fikrimcə, qurultay üçün yeni yerlərin təklif olunmasına ehtiyac yoxdur. Əl Oyunları Sarayı Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır. Ora tamamilə boşdur. Heç bir tədbir keçirilmir. Biz dəfələrlə demişik ki, onlar iş qrafiklərini bizə versinlər, həmən qrafikə uyğun olaraq biz də öz qrafikimizi quraq. Onlar bizə məlumat vermirlər. Bir sözlə, qurultayın vaxtını gecikdirmək istəyirlər. Sonradan utanmadan belə rəy yaratmaq istəyirlər ki, guya biz qurultay keçirmək istəmirik. Zəhmət çəkib bizə yer versinlər və görsünlər ki, biz qurultay keçiririk, yoxsa yox.. Hesab edirik ki, biz “Eurovision” yarışmasının işinə mane olmarıq”-deyə G.Aslanlı əlavə edib.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?