Modern.az

"Bakı Kristal Zalı"ndakı bədbəxt hadisə barədə rəsmi açıqlama verildi

"Bakı Kristal Zalı"ndakı bədbəxt hadisə barədə rəsmi açıqlama verildi

2 May 2012, 15:05

Azərbaycanda çalışan almaniyalı işçi bədbəxt hadisə ilə üzləşib. Hadisə ötən gün axşam saatlarında qeydə alınıb. "Brainpool" şirkətinin Almaniya vətəndaşı olan işçisi, 1989-cu il təvəllüdlü Tulu Conotman Frendi “Baku Crystal Hall”da yıxılaraq müxtəlif xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

Hadisə ilə bağlı rəsmi məlumat yayılıb. Alman işçinin mənsub olduğu “Brainpool" şirkəti bildirib ki, bütün təhlükəsizlik tədbirləri görülməsinə baxmayaraq, belə bədbəxt hadisə baş verib. Modern.az-ın məlumatına görə, "Brainpool" şirkətinin açıqlamasına görə, hadisə arenada böyük taxta parçaları düşən zaman baş verib. Yaralı şəxs dərhal xəstəxanaya çatdırılıb və ona tibbi baxış keçirilib. Yaralının qohumları dərhal hadisə ilə bağlı məlumatlandırılıb və o, hazırda özünü yaxşı hiss edir.

"Brainpool" şirkətinin rəhbəri Yorq Qraboş xəstənin tezliklə sağalması üçün çalışdıqlarını bildirib.
"Hadisə araşdırıldı və belə nəticəyə gəlindi ki, bu, bütün təhlükəsizlik tədbirləri görülməsinə baxmayaraq baş verib. Təhlükəsizlik bizim hər zaman əsas prioritetimiz olub" - deyə Yorq  Qraboş bildirib.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı