24 yanvar 2017, Çərşənbə
Ana Səhifə - FOTOSÖHBƏT - Telejurnalist Etibar Babayevlə fotosöhbət
Telejurnalist Etibar Babayevlə fotosöhbət
04.05.2012, 08:01

Etibar Babayev 1950-ci il dekabrın 15-də Bakıda görkəmli şair,dramaturq və tərcüməçi Adil Babayevin ailəsində anadan olub.
1968-ci ildə Bakıda Hüseyn Cavid adına 132 saylı orta məktəbi, 1973-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsini qırmızı diplomla  bitirib. Politoloq ixtisası ilə ikinci ali təhsilini Bakı Ali Partiya məktəbində alıb.
Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Teleradio verilişləri Komitəsinin redaksiyaları ilə əməkdaşlıqla başlayıb.
"Tələbə klubu", "Yeddinci qitə", "Sözlü-nəğməli İstanbul", "Kanal-6 təqdim edir" kimi populyar verilişlərin müəllifi və aparıcısı olaraq tamaşaçıların rəğbətini qazanıb. Etibar Babayev Azərbaycan Komsomolu Mərkəzi Komitəsində təlimatçı, daha sonra təbliğat və mədəni kütləvi işlər şöbəsinin müdiri (1975-1979), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində mədəniyyət şöbəsində təlimatçı (1979-1981), Bakı şəhər Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri (1981-1988) kimi məsul vəzifələrdə çalışıb.
1981-1989-cu illərdə dörd çağırış Bakı Şəhər Sovetinin deputatı seçilib. 1989-1992-ci illərdə "Azərbaycantelefilm"in direktoru, Azərbaycan Dövlət Teleradio Şirkətinin sədr müavini vəzifəsində işləyib. 1993-2001-ci illərdə Bakı İcra Hakimiyyətində məsul vəzifələr daşıyıb. 2001-2006-cı illərdə "Space" müstəqil teleradio şirkətinin prezidenti olub.

Sənətşünaslıq namizədi E.Babayev həm də elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, daha sonra Bakı Slavyan Universitetində (BSU) dərs deyir. E.Babayev BSU-da Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi  kafedrasının müdiridir. 2010-cü ilin iyul ayında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində yeni yaradılan Teleradio Akademiyasına rektor təyin edilib.
Etibar Babayev Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının, Teatr Xadimləri İttifaqı və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Azərbaycan Reklamçılar İttifaqının vitse-prezidentidir.
Müxtəlif  illərdə "Hacı Zeynalabdin Tağıyev" milli mükafata, Jurnalistlərin "Qızıl qələm" mükafatına, Yusif Məmmədəliyev medalına,  Fəxri Fərmanlara və Diplomlara layiq görülüb.
Heç bir siyasi partiyanın üzvü deyil.
E.Babayev ABŞ, İngiltərə, Rusiya, Fransa, İspaniya, Belçika, Hollandiya, Almaniya, Macarıstan, Avstriya, Rumıniya, Polşa, Türkiyə, Seneqal, Misir, Vyetnam, Kuba, Çin Xalq Respublikası, İran, İsveç, İsveçrə və digər ölkələrə xidməti səfər edib, görkəmli ictimai-siyasi xadimlərlə, elm, sənət aləminin, iş dünyasının tanınmış simaları ilə görüşüb, onlardan eksklüziv müsahibələr alıb. Xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə, forumlarda rəsmi nümayəndə heyətləri tərkibində iştirak edib. Azərbaycanda və xarici ölkələrdə dərc olunan çoxsaylı publisistik yazıların, elmi məqalələrin, "Bu da bir imtahandır", "Yalana heykəl", "Düz söz əyri qulağa necə girər?", “ Qəfəsdə yaşamaq həyat deyil” adlı kitabların, "Sağalmaz yara", "Birincilər", "Bir millət, iki dövlət", "Zirvə", "Çiçək yağışı" kimi televiziya ekranlarında dəfələrlə göstərilən sənədli filmlərin, eləcə də çoxsaylı elmi və publisistik məqalələrin  müəllifidir.


 

Bu mənim ilk fotoşəkillərimdən biridir. 1951-ci ildə çəkilib.

 

Bakının Hüseyn Cavid adına 132 nömrəli məktəbində oxuyarkən çəkdirmişəm.

 

Məktəb illəri bitdi ...

 

Atamla olan bu şəkil 10-cu sinfi bitirən zaman çəkilib.

 

Atam Adil və anam Gülnar 1949-cu ildə ailə qurublar .

 

Nənəm Xeyransa xanım ...

 

Bu şəkil İncəsənət İnstitunun (hazırda Mədəniyyət və İncəsənət Universiteti) tələbəsi olduğum illərdən xatirədir .


 

Zuğulbada keçrilən yaradıcıı gənclərin seminarında çıxış zamanı ...

 

Bu şəkil Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin Təbliğat, mədəni kütləvi işlər şöbəsinin müdiri olarkən çəkilib. Şəkildə solda mən, ortada o vaxt mənim müavinim, hazırda Moskvada yaşayan tanınmış jurnalist Oleq Məmmədov və sağda komsomolun Tələbə-gənclər şöbəsinin müdiri, hazırda vergilər nazirinin müavini olan Sahib Ələkbərovdur.

1976-cı il yanvarın 3-də Nazlı xanımla ailə həyatı qurduq.

1977-ci il Zaqatala şəhərində Azərbaycan Komsolu Mərkəzi Komitənin təşkilatçılığı ilə yaradıcı gənclərin seminarı keçrilirdi. Tədbirdə görkəmli ziyalılarımızdan bəstəkar Fikrət Əmirov, Emin Sabitoğlu, rəssam Arif Hüseynov, aktyor Rasim Balayev, İlham Namiq Kamal, heykəltaraş Fuad Salayev, Fidan, Xuraman Qasımova bacıları və başqalarıı iştirak edirdilər.

Yazıçı, jurnalist İsa İsmayılzadə məndən müsahibə alır.

 

Bu şəkil Bakı Şəhər Partiya Komitəsinin Təbliğat, təşviqat şöbəsinin müdiri işlədiyim zaman çəkilib .

 

Unudulmaz sənətkarımız Rəşid Behbudovla Gürcüstanda keçirilən Tbilisoba bayramında iştirak edirdik. Həmin tədbirdə Rəşid müəllimi Tbilisinin fəxri vətəndaşı seçdilər.

 

Bakı ilə qardaşlaşmış Bordo şəhərinin meri, Fransanın görkəmli ictimai-siyasi xadimi Şaban Delmas mənə xatirə medalı təqdim edərkən.. 1983-cü il .

 

Unudulmaz sənətkarımız mayestro Niyazı ilə tez-tez görüşərdik. Bu foto da ötən əsrin 80-ci illərinin əvvəlində Filarmoniyada çəkilib.

 

Bir jurnalist kimi prezident Heydər Əliyevi bir çox xarici səfərlərdə müşayiət etmişəm, müsahibə almışam. Bu şəkil 1994-cü ildə Londonda çəkilib.  

1994-ci ildə prezident Heydər Əliyevin Amerika səfəri zamanında onu müşayiət edən jurnalistlərin arasında mən də vardım. Bu şəkil BMT-nin həyətində çəkilib. Sağdan AzərTAc-ın indiki direktoru Aslan Aslanov, mən və fotojurnalist Sabir müəllim.... 

 

Türkiyənin 8-ci prezidenti Turqut Özalla bir neçə görüşüm olub, onunla olan müüsahibələrim Azərbaycan və Türkiyə televiziya kanallarında dəfələrlə nümayiş etdirilib. Bu şəkil 1992-ci ilin iyun ayının 16-da olan görüşümüzdən xatirədir.

 

Müsahibə aldığım görkəmli ictimai-siyasi xadimlərdən biri də Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl olub.  

 

Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin sədr müavini olarkən türk televiziyaları ilə əlaqələrin qurulmasına xüsusi diqqət ayrırdım. 1992-ci ildə məşhur türk sənətçisi Barış Manconun iştirakı ilə AzTV-də çəkilən 4 proqram may ayı boyunca hər bazar günü Türkiyənin TRT kanalı ilə də yayımlandı. Bu şəkildə şirkətin sədri Elşad Quliyev Barış Mancoya bizimlə yaradıcı əməkdaşlıq üçün təşəkkürünü bildirir.

 

Məşhur ingilis yazçısı Ceyms Oldriçlə Londonda görüşüm unudulmaz xatirələrimdəndir. Bu barədə mətbuatda yazılarım dərc olunub, eləcə də televiziya üçün ayrıca veriliş hazırlamışam .

 

Türk sənətçiləri  arasında  Azərbaycana xüsusi məhəbbəti ilə fərqlənən müğənnilərdən biri də mənim “Sözlü-nəğməli İstanbul” verilişimin qonaqlarından biri Ebru Gündeşdir.

 

“Sözlü-nəğməli İstanbul” verilişinin məşhur qonaqlarından biri Coşqun Sabahla...

 

Barış Manconun türk televiziyası ilə yayımlanan “Doludizgin” proqramının qonağı idim. Türkiyədən hazırladığım televiziya verilişlərinə görə məni mükafatlandırdılar .

 

Məşhur türk sənətçisi Kayahanla bizi uzun illərin dostluğu birləşdirir.

 

Türkiyənin popstarı Ajda Pekkanla... 

 

Məşhur türk müğənnisi Sibel Canın Azərbaycan televiziyasına ilk müsahibəsi mənimlə oldu.

 

Barış Manco Bakıda keçrilən Novruz şənliklərindən maraqlı proqram hazırlamışdı. 

 

Azərbaycan tamaşaçılarının Tarkanla ilk tanışlığı da müəllifi olduğum “Sözlü-nəğməli İstanbul” proqramında olub.

 

Rafet el Roman BTR studiyasının qonağıdır.

 

Müşərrəf Akayın Bakıda qastrol səfəri zamanı konsertdən öncə oğlum Adillə çəkdirdiyi xatirə rəsmi.

 

Məşhur türk müğənnisi Müşərrəf Akay gözəl oxumağı da, dostluq etməyi də bacaran xanımlardandır. 

 

Bu şəkil İstanbulda görkəmli Azərbaycan rəssamı Tahir Salahovun əsərlərindən ibarət sərginin açılışı zamanı çəkilib. Şəkildə soldan rəssam Ağarəhim Əliyev, Zeynəb Xanlarova, Tahir  Salahov və mənəm.

 

Böyük sənətkarımız Mirzə Babayevin “Bakı-Raks” Şirkətində istehsal olunan ilk musiqi albomunun sevincini bərabər paylaşdıq.

 

Rəşid Behbudovun “Bakı-Raks” Şirkətində istehsal olunan albomunun təqdimat mərasimindən. Soldan mən, bəstəkar Siyavuş Kərimi, müğənni  İlhamə Quliyeva və Mübariz Tağıyev.

 
Türkiyənin görkəmli ictimai-siyasi xadimlərindən Alparslan Turkeşlə xatirə fotosu...                

 

 Məşhur türk sənətçisi Kayahanla bizi uzun illərin dostluğu birləşdirir.

 

Qızım Aytən, oğlum Adil ...

 

Görkəmli siyasətçi Rauf Denktaş “Space” Teleradio Şirkətinin qonağıdır.

 

Türkiyənin məşhur iş adamı Sakib Sabançı ilə görüşlərimdən bir xatirə...

 

Misir ehramlarının özgə hüsnü var...

Mənim üç nəvəm var. Bu ilk nəvəm Mənzərdir.

 

Adilə nəvəm...

 

İlk oğul nəvəm Etibar. ..

60 yaşın tamamı hələ ömrün tamamı deyil...



Modern.az
Bəhruz
04.05.2012, 02:46

Allah uzun ömür versin, Etibar məllim. Tanrı sizin kimi insanları xalqımıza çox görməsin...!

Nazim müəllim
04.05.2012, 03:15

Böyük Britaniya universitet tələbələrinin dəvəti ilə1972-ci il fevral ayının əvvəllərində Londona gedərkən Bakı-Moskva qatarında yol yoldaşı olmuşuq.Qrup rəhbərimiz "Azərbaycan gəncləri" qəzetinin redaktoru rəhmətlik Qəşəm Aslanov idi.Qəşəm müəllimlə söhbətlərinizdə biz də iştirak edirdik. Sizi elə o vaxtdan tanıyıram.Son vaxtlarda alim kimi daha fəal görünürsünüz. Uğurlar arzulayıram.Nazim müəllim.Bakı,04.05.2012. s 13:14.

Valeh
04.05.2012, 06:25

Müəllimlərimi xatırlayarkən.... Həmişə xüsusi rəğbət və sevgi ilə yada saldığım şəxsiyyət. Allah sizə uzun ömür can sağlığı versin.......

Sədan
05.05.2012, 07:29

Etibar Babayev mənim müəllimim olub. Bu insandan çox şey, mən hətta deyədim ki, hər şeyi elə ondan öyrənmişəm. Peşəkar jurnalist olmaqla yanaşı o çox dəyərli insandı. Sözün əsil mənsında insan.

Cəlal Davudov
05.05.2012, 14:26

Etibar müəllim sovetin amansiz zəncirindən yenicə azad olan bir ölkəyə həsrətində olduğu qardaş türk dünyasının əsrarəngiz ecazkar mədəniyyətinin ilk carçılarından biridir.Vaxtilə müəəlifi olduğu proqramlar gəncliyimdə sevdiyim türk müğənnilərinə və mədəniyyətinə olan aclığımı dəf etdirmişdir.Ona uzun ömür möhkəm can sağlığ arzulayıram.

Aydın Süleymanzade
07.05.2012, 02:20

Etibar Bey, Sizi tebrik edirem.Bu gözel ve dolğun hayatınızın reportajı mence az bele. Siz ASİL AZERBAYCAN ZİYALISISINIZ ve her zaman sizinle fexr edirik

Xeyal ORUCOGLU
07.05.2012, 02:22

Etibar Babayev menim de muellimdir! O mene universitetde ders deyib! Biz ondan cox sherler oyrenmishik! Etibar Babayev ancaq ixtisasdan ders vermir o hem de insanligi ve insan kimi yashamagi oyredir telebelerine! Ondan aldigim ders ise hele de davam edir. Dushunurem ki Etibar muellimden oyreneceyim hele cox shey var! Allah ona uzun omur can sagligi versin!!!

irade
09.05.2012, 14:05

cox gozel tääsuratlarim oldu...

Əhməd Q.
12.05.2012, 12:24

Etibar muellim xalqimizin chox boyuk potensialli ziyalilarindan biridir. Bele insanin potensialinda bacardiqca chox istifade etmek lazimdir. Ondan oyrenilesi, onun oyredeceyi chox shey var. Vetenini seven, ve bu sevgi muqabilinde ish gormeyi bacaran bele insanlarimiz teeesuf ki, azdir. Fotosesiya chox uqurlu alinib ve bu Etibar muellimin canli bir tarix olduqunu eks etdirir.

Asif Yusifli
13.05.2012, 04:56

Beyendim yaxshi shekiller idi birce heyif ki, .. shekli orada idi. Sizin musbet auranizi korlayirdi.

Asaf Quliyev
13.05.2012, 05:09

Ugurlar, Etibar muellim! Hemishe tanidigim kimi qalmanizi arzu edirem!

Elxan
13.05.2012, 05:22

Etibar muelleim fotosohbete gore size teshekkur eidrem.

Turac Eliyeva
13.05.2012, 09:33

Cox tesekkurler ki, Etibar muellimle fotosohbet hazirlamisiniz, amma bu daha cox ankete benzeyir. Etibar muellimin elmi-praktiki bilikleri bir yana qalsin,sohbet ve xatireleri nece sohbetin movzusu ola biler. amma her halda saq olun. Etibar muellim, ziyaliliqi,alimliyi ve eyni zamanda sadeliyi ile secilen nadir shexsiyyetlerdendir.

ALI
13.05.2012, 13:21

EITIBAR MALIM MAN FAXRELIRAM SAN VARSAN SANAN FAXRELASIDIBUTUN TURK DUNIASI.ESHK OLSUN SANA VA GOZAL ANNAIA VA GOZAL AILANA.

Sevda
14.05.2012, 07:00

Etibar muəllim, fotosöhbətlə tanış oldum:) Eyni formada təəssüratlarımı paylaşmaq isteyirem: - Aaaa bu Sizsiz, inanmıram... - Amma yox oxşayır.. - Məktəb illəri..uzaqlara doğru baxış - Atanız - Ananız - Xanım-xatın nənəziz...Sayqılar, dərin sayqılar -Teatrşünaslıq da deyil, sanki aktyorluq fakültəsi üçün sınaq şəklidi ("Siz niyə kinoya çəkilməmisiniz o vaxtlar"-fikri) - Yaradıcıq seminarları... - Yox, bu doğurdan Etibar müəllimdir, axır ki, Sizi tanıdım - Xanımınız, toy gününün ürkəkliyi var üzərində, Sizin üzünüzdə xoşbəxtlik var, gözləriniz aydın, açıq, çox açıq - 1977-ci il...ailə albomlarımız yadıma düşür - Müsahibə anı..bu vəziyyət mənə necə də tanışdır... - Bu şəkil Bakı Şəhər Partiya Komitəsinin Təbliğat, təşviqat şöbəsinin müdiri işlədiyim zaman çəkilib ...Sizi şəkildə tapa bilmirdim, inanmazsız, məgər mərkəzdəsiz) - Rəşid müəllim...Gürcustan səfəriniz barədə, bu an barədə müsahibə zamanı mənə danışmışdız...xatırladım - 1983...maraqlı görüş, maraqlı hadisə - Oooo, Maestro! Qürur verici xatirə olsun gərək! - London! Həyata keçməmiş arzumu xatırladım - fotojurnalist Sabir müəllim.... sadə təqdimat, çox doğma yanaşma - Turqut Özal- gülərüz prezident - Etibar müəllim! Bu rəsimdə Sizi jurnalistdən üstün gördüm(ilk təssüratımdır) - Barış Manço -ondan bir daha olmayacaq - Yenə London, Siz məndən fərqli olaraq ordasız və çox məmnunsuz:) - Sözlü-nəğməli İstanbul...bütün proqramlarınızı izləyirdim! Böyük maraqla! - Türkiyənin popstarı Ajda Pekkanla... rəsm də rəsmə olan şərh kimi möhtəşəm olmuş, çok şiksınız - Müşərrəf Akayın Bakıda qastrol səfəri zamanı konsertdən öncə oğlum Adillə çəkdirdiyi xatirə rəsmi...biz bəlkə də oğlunuzla yaşıdıq...mən Müşərrəf xanımın Bakı səfərini xatırlayıram - Tahir Salaxov çox dəyişib amma siz heç dəyişməmisiz, Etibar müəllim -“Bakı-Raks” həm sevinc həm kalite... - deyirlər atasına oxşayan qızlar xoşbəxt olurlar! Amin! - Misir ehramlarının özgə hüsnü var... Etibar müəllim, dəst xəttinizi oxumaq bir başqa zövqdür - şirin həyat dolu balalar-amma hətta şəkilə baxdıqdan sonra sizi baba olaraq təsəvvür etmək şəxsən məndə alınmır 60 yaşın tamamı hələ ömrün tamamı deyil...2ci dəfə oxudum...rusca bitirmək istəməzdim, amma bu sözlərin azərbaycanca alternativini etik saymıram-aj murashki po koje probejali...

Arif
14.05.2012, 13:48

Etibar müəllim , eşq olsun! Sözüm yoxdur. Bütün sözlər bu fotolarda deyilir. Mən sizinlə fəxr edirəm. Siz həqiqətən də Azərbaycanın ən laiqli övladısınız .

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
24.01.2017, 01:01

19 bina 10 saniyədə yerlə-yeksan oldu – VİDEO

24.01.2017, 00:45

Şəhriyarın 110 illiyi İstanbulda anılacaq

24.01.2017, 00:31

Millimizin futbolçusu qovulub

24.01.2017, 00:16

Bu il də bağlanan banklar olacaq - PROQNOZ

23.01.2017, 23:57

Telman İsmayılovun miflis olduğu rəsmiləşdi

23.01.2017, 23:47

Londonda partlayış

23.01.2017, 23:36

“Formula-1”in icraçı direktoru istefa verib

23.01.2017, 23:15

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

23.01.2017, 23:05

Millimizin baş məşqçisi Türkiyə klubuna getmir

23.01.2017, 22:52

Misir prezidenti ABŞ-a dəvət edilib

23.01.2017, 22:43

“Bu dövlət tərəfindən yaxşı maddi dəstəkdir” – Aydın Mirzəzadə

23.01.2017, 22:27

İraqda 31 İŞİD terrorçusu edam edilib

23.01.2017, 22:16

ABŞ Trans-Sakit Okean Tərəfdaşlığını tərk edir

23.01.2017, 21:57

AŞPA sədri Qarabağdan DANIŞDI: “Vəziyyət təhlükəlidir”, Yenilənib

23.01.2017, 21:38

Yarım milyona satılan işlənmiş maşınlar - Video

23.01.2017, 21:23

Post patrul avtomobili qəza törətdi: 1 ölü, 1 yaralı

23.01.2017, 21:09

İŞİD lideri yaralanıb və ağır vəziyyətdədir: İDDİA

23.01.2017, 20:52

Platforma QHT qanunvericiliyini müzakirə etdi

23.01.2017, 20:39

Sabah bu rayonlarda qaz olmayacaq

23.01.2017, 20:26

“Eurovision”a Putinlə bağlı qalmaqallı mahnı ifaçısı gedir: VİDEO

23.01.2017, 20:15

Bakıda Dəmir Yolu Vağzalının qarşısındakı yol bağlanır

23.01.2017, 20:02

Türk deputat NATO-nu terror təşkilatı ADLANDIRDI

23.01.2017, 19:41

Buzlu yolda sürüşən maşın çaya düşdü: ata öldü, oğul yaralandı

23.01.2017, 19:02

Ərdoğan BMT-də islahatların aparılmasını təklif edib

23.01.2017, 18:48

Komitə sədri: “Tələbə universitetini qorumalı, müəllim də müəllim kimi danışmlıdır”  

23.01.2017, 18:42

Dörd ayaqlı uşaq doğulub - FOTO

23.01.2017, 18:35

Göyçayda doğulan deputat AŞPA-nın vitse-prezidenti seçildi

23.01.2017, 18:27

Akif Çovdarovun məhkəməsində şahid ifadələri dinlənilib

23.01.2017, 18:19

Köçkünlərin kommunal güzəştləri ləğv edildi - aylıq mavinət təyin olundu - FƏRMAN

23.01.2017, 18:08

Erməni hərbçini əsgər yoldaşının güllələdiyi təsdiqləndi

23.01.2017, 18:03

Elman Rüstəmov Mərkəzi Bankın hədəflərini AÇIQLADI

23.01.2017, 18:02

Azərbaycanda polislərin xidmət müddəti artırılır

23.01.2017, 17:56

Qalmaqallı “FEMEN” təşkilatı fəaliyyətini dayandırıb  

23.01.2017, 17:47

Üzərində "Azərbaycan Milli Bankı" yazılmış pullar dəyişdiriləcək

23.01.2017, 17:22

“Füzuli, Cəbrayıl, Ağdərənin bir hissəsi işğaldan azad edildi”

ARXİV