Modern.az

“Real” (Madrid) 32-ci dəfə çempion oldu

“Real” (Madrid) 32-ci dəfə çempion oldu

3 May 2012, 10:36

İspaniya La Liqasında 36-cı tura yekun vurulub. Modern.az-ın məlumatına görə, son oyun günündə daha 7 qarşılaşma baş tutub.
"Barselona" bu turu qələbə ilə başa vurub. Öz meydanında "Malaqa" ilə qarşılaşan Kataloniya təmsilçisi rəqibini 4:1 hesabı ilə darmadağın edib. Madridin "Real" klubu isə bu tur növbəti çempionluğunu rəsmiləşdirib. Səfərdə "Atletik-Bilbao” klubunun qonağı olan "Real" rəqibinin qapısında 3 cavabsız top keçirib. Bununla da  “Real-Madrid” klubu sona 2 tur qalmış çempionluğu bayram edib.  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir