Modern.az

Türkiyədə ən çox qazanan 20 yazıçının adı açıqlanıb – SİYAHI

Türkiyədə ən çox qazanan 20 yazıçının adı açıqlanıb – SİYAHI

Mədəni̇yyət

3 May 2012, 11:52

Məşhur “Forbes” jurnalı Türkiyədə ən çox qazanan yazarlarının siyahısını açıqlayıb. İlk üçlüyü Aişə Kulin, Elif Şafak və İskəndər Pala tutub.

Modern.az türk mətbuatına istinadən xəbər verir ki, siyahının zirvəsində iştirak edən Ayşe Kulin 2011-ci ildə çıxan "Həyat Dürbünümde 40 Sene" və "Hüzn Dürbünümde 40 Sene" kitablarında öz xatirələrindən yola çıxaraq, 1941 – 1983-cü illəri romanlaşdırıb. Kulinin 2011-ci ildə cəmi 265 min ədəd nəşr olunan bu iki kitabını, son romanı "Gizli anların yolcusu" izləyir. Kulin keçən ili 8 milyon 173 min 300 lirə gəlir və 1 milyon 634 min 660 lirəlik müəllif gəliriylə ili "ən çox qazanan yazıçı" olaraq tamamlayıb.

Siyahıda ikinci olan Elif Şafakın son kitabı "İskəndər" 2011-ci ildə 250 min ədəd tirajla  nəşr olunub. Ümumən romanları 369 min tirajla çap olunan Şafak 8 milyon 51 min 500 lirə gəlir və 1 milyon 610 min 300 lirə müəllif gəliriylə ikinci sırada qərar tutub.

İskəndər Palanın romanları 536 min ədəd tirajla nəşr olunub. O, 6 milyon 599 min 900 lirə gəlir və 1 milyon 319 min 980 lirə müəllif gəliriylə siyahının üçüncü pilləsində yer alıb.

Siyahıda dördüncü sırada 4 milyon 748 min gəlir və 949 min 600 lirə müəllif gəliriylə Zülfü Livaneli, beşinci sırada 8 milyon 515 min lirə gəlir və 851 min 500 lirə müəllif gəliriylə Sinan Yağış iştirak edib.

Daha sonra siyahıda yerlər belədir:
6. Əhməd Ümid,
7. Canan Tan,
8. Yılmaz Özdil,
9. Serdar Özkan,
10. Demet Altınyeleklioğlu,
11. Orxan Pamuk,
12. Əhməd Turqut,
13. Mömin Sekman,
14. Mustafa Hədiyyə,
15. İlber Ortaylı,
16. Turqut Özakman,
17. İnci Aral,
18. Yavuz Bahadıroğlu,
19. Reha Çamuroğlu
20. Kahraman Tazeoğlu.

Ən çox qazanan 20 yazar 2011-ci ili ümumən 68,7 milyon lirə gəlirlə başa vurub.

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır