Hər il 15 milyona yaxın körpə, təxminən 10 uşaqdan 1-i vaxtından tez doğulur. Bununla birgə vaxtından tez doğulmuş körpələr ömrünün ilk 10 günündə həyatını itirir. Vaxtından tez doğulan körpələrin göstəricisinə görə, ABŞ və Braziliya ilk onluqdadır. Belarus, Latviya, Litva , Estoniya bu göstəriciyə görə sonuncular sırasındadır .
Modern.az BMT-nin rəsmi saytına istinadən bildirir ki, bu barədə Beynəlxalq Səhiyyə Təşkilatının erkən doğumlarla bağlı açqıladığı hesabatda bildirilib.
Problemin “qlobal hadisə” adlandırıldığı sənəddə deyilir ki, erkən doğumun səviyyəsi 15 %-dən yuxarı olan 11 ölkə Saxaranın cənubunda Afrikada yerləşir. Erkən doğulanlar dünyada doğulan körpələrin 11,1 %-ni təşkil edir.
Hesabatda qeyd olunur ki, erkən doğum problemi ölkənin gəlir səviyyəsiylə ölçülmür. Çünki ABŞ və Braziliya erkən doğum göstəricisinə görə ən ön sıralardadır. ABŞ-da bu hal bütün doğulanların təxminən 12 %-ni, yəni 9 uşaqdan birini təşkil edir.
Erkən doğumun ən yüksək göstəricisi olan ölkələr bəlli olub. 100 erkən doğumun 18-i Malavidə və Komor adalarında, 16-dan 6-sı Konqo Respublikasında, 16 erkən doğuşdan 7-si , Zimbabvedə, 15–dən 8-i Pakistanda və digər ölkələrdə qeydə alınıb.
Ən aşağı göstərici isə Belarus, Ekvador, Latviya, Finlandiya, Xorvatiya, Litva, Estoniya, Yaponiya, İsveçrədə müşahidə olunub.
Aygün Asifqızı