Modern.az

Prezident Baş nazirə siyasətdən getməyi məsləhət gördü

Prezident Baş nazirə siyasətdən getməyi məsləhət gördü

11 Yanvar 2010, 10:51

Ukraynada prezident seçkisi öncəsi siyasi ehtiraslar sərhədləri aşır. Modern.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata əsasən, dövlət başçısı Viktor Yuşşenko baş nazir Yuliya Timoşenkoya siyaətdən getməyi təklif edib. “Onun heç olmasa bir azacıq  dincəlmək vaxtıdır, çünki onun fəaliyyətinin hər bir ayı bizim ölkəmiz üçün böyük kasıbçılıq gətirir”-deyə  prezident bildirib.  
Yuşşenko Timoşenkoya evə qapılmağa və sevimli pələngi il oynamağı məsləhət görüb: “Qoy o, pələngi ilə oynasın və Ukrayna siyasətində əmək yolunu başa çatdırsın”.

“Qara dəniz oyunları”  11-ci xeyriyyə festivalı gedişində tədbirin sponsorları və uşaqlar Timoşenkoya benqal pələng balasını hədiyyə ediblər. 2009-cu ilin yayında isə  Timoşenko pələng balasını Yalta zooparkına verib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi