Modern.az

Uşaqlar Bakıda “Avroviziya 2012”yə dəstək verdilər – FOTOLAR

Uşaqlar Bakıda “Avroviziya 2012”yə dəstək verdilər – FOTOLAR

4 May 2012, 19:43
Bu gün Gənclər üçün Təhsil Mərkəzi “World Vision İnternational” Təşkilatının dəstəyi ilə bu ilin may ayında ölkəmizdə keçirələcək “Avroviziya 2012” mahnı müsabiqəsinə ictimai dəstək vermək məqsədilə təntənəli konsert proqramı keçirilib. Modern.az-ın xəbər verir ki, “Metropark” Ticarət və Əyləncə Mərkəzində başlayan konsert proqramından öncə uşaqların, şəhər sakinlərinin və eyni zamanda rəsmi qonaqların iştirakı ilə musiqi janrında hazırlanmış bir sıra rəsm və əl işlərinin sərgisinə baxılıb.
Daha sonra Gənclər üçün Təhsil Mərkəzinin təsisçisi Vüsal Quliyev təşkil edilən dəstək proqramının mahiyyəti, uşaqların “Avroviziya” müsabiqəsindəki rolu, eyni zamanda uşaqların vətəndaş cəmiyyətinin inkişafındakı yeri barədə məlumat verib. Bir neçə rəsmi çıxışdan sonra müxtəlif musiqi məktəbləri və uşaq evlərinin kiçik  sakinlərinin ifasında musiqi və rəqs nömrələri təqdim olunub, gənc müğənnilərin ifaları dinlənib. Daha sonra “Canbala” və bir sıra uşaq qrupları çıxış ediblər.
Tədbirin aparıcısı İlkin Həsəni tərəfindən uşaqlar və şəhər sakinləri arasında “Avrovizya” müsabiqəsinə həsr olunmuş viktorina keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının də dəstəklədiyi bu tədbirə 200-ə yaxın kimsəsiz uşaq də gətirilib.

 

 

 

 


Anar Kəlbiyev  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir