Modern.az

Saakaşvili baş nazir olacaq

Saakaşvili baş nazir olacaq

11 Yanvar 2010, 12:14

Gürcüstan prezidenti Mixail Saakaşvili 3-cü dəfə dövlət başçısı postuna namizədliyini irəli sürməyəcək. Modern.az-ın gürcü mətbuatına istinadən verdiyi məlumata əsasən, bu barədə hakim Vahid Milli Hərəkat Partiyasının liderlərindən olan parlament üzvü Koba Xabazi bildirib. Son günlər yerli KİV-də yayılan məlumatlara görə, prezident Saakaşvili güya, 3-cü dəfə prezident postuna namizədliyini irəli sürmək üçün Konstitusiyada dəyişiklik etmək istəyir.  Bəzi gürcü siyasətçiləri hesab edir ki, 2013-cü ildə prezident səlahiyyətləri başa çatdıqdan sonra Saakaşvili baş nazir olmaq, prezident postunu  isə öz yaxın adamlarından birinə buraxmaq niyyətindədir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir