Modern.az

Prezident ölkəni Twitterdən idarə etməyə başlayıb

Prezident ölkəni Twitterdən idarə etməyə başlayıb

5 May 2012, 11:03

Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Venesuela prezidenti Uqo Çavez artıq ölkəni sosial şəbəkə olan Twitter vasitəsiylə idarə etməyə başlayıb. Belə ki, ölkə başçısı Twitter-dəki profilində büdcə xərcləri və ölkədə mövcud vəziyyətlə bağlı çıxış edərək lazımı instansiyalara öz tövsiyyələrini verib. Prezident həmçinin ölkədə hökm sürən siyasi proseslərlə bağlı da profilində paylaşım edib. Lakin U.Çavezin bu addımı ölkə müxalifətinin sərt tənqidinə məruz qalıb.

Qeyd edək ki, Venesuela prezidenti demək olar ki, günün böyük əksəriyyətini Twitter-də keçirir.  U.Çavez profilində bildirib ki, o, Kubada xərçəng xəstəliyindən müalicə olduğu üçün zaman-zaman ölkədə ola bilmir. Bu baxımdan öz mesajlarını, tapşırıqlarını Twitter-dən göndərməyə üstünlük verir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?