Modern.az

İsrail prezidenti: “İrana hərbi müdaxilə etməzdən əvvəl düşünməliyik”

İsrail prezidenti: “İrana hərbi müdaxilə etməzdən əvvəl düşünməliyik”

5 May 2012, 13:31

Modern.az-ın verdiyi məlumata görə, İsrail prezidenti Şimon Peres “Qlob And Mail”qəzetinə müsahibəsində bildirib ki, İrana hərbi müdaxilə etməzdən öncə yaxşı düşünmək lazımdır.
“İranın nüvə proqramı tək İsrail üçün yox, bütün başqa ölkələr, həmçinin ABŞ üçün böyük təhlükə yarada bilər. Əgər şərait yaransa, İran bütün Yaxın Şərqə başçılıq edə bilər”-deyə o,  əlavə edib.

“İranın nüvə proqramının qarşısını almaq üçün ölkələr koalisiyasının  birliyi labüddür. Hərbi müdaxilə əvəzinə, siyasi və iqtisadi müdaxilədən başlamaq lazımdır. Əgər bu müdaxilələr nəticə verməsə, hərbi müdaxiləyə ehtiyac yaranar”.

Şimon Peresin mayın 7-də Kanadaya səfəri gözlənilir. Səfərin  əsas müzakirə dairəsi İranın nüvə proqramı olacaq. Xatırladaq ki, Peres 2007 - ci ildə İsrail prezidenti seçilib, ondan öncə isə xarici işlər naziri vəzifəsində çalışıb. 1994- cü ildə o, İsrailin  baş naziri İsak Rabin və Fələstin lideri Yasir Ərəfatla Yaxın Şərqdə vəziyyətin nizamlanması haqqında saziş hazırladığı üçün  Nobel mükafatına layiq görülüb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi