Modern.az

Dünya əhalisi 2012-ci ildən qorxur - RƏY SORĞUSU

Dünya əhalisi 2012-ci ildən qorxur - RƏY SORĞUSU

5 May 2012, 16:07

Dünyada məskunlaşan əhalinin 15 %-i hesab edir ki, onların yaşadığı müddət ərzində dünyanın axırı olacaq. Modern.az bildirir ki, bu barədə İpsos Global Public şirkətinin keçirdiyi sorğunun nəticələrində deyilir.

Keçirilən sorğuya görə 10% əhali belə hesab edir ki, bu Mayya təqviminə görə 2012-ci ildə baş verə bilər. 5125 ili əhatə edən Mayya təqviminin axırıncı günü bu il dekabrın 21-nə təsadüf edir.

“Reuters” agentliyi üçün sorğu keçirən İpsos Global Public şirkətinin tədqiqatlar üzrə meneceri Kiren Qotfrid bildirib ki, hər 7 nəfərdən biri dünyanın sonunun Allahın əmri ilə, təbii fəlakətdən və ya siyasi hadisələrdən baş verəcəyindən xəbərsizdir. Kiren Qotfridin sözlərinə görə, ola bilər bu KİV-in diqqəti dünyanın sonunun 2012-ci ildə baş verəcəyini iddia edən Mayya təqviminin  şərhinə fokuslanması ilə əlqadardır. Halbuki, Mayyanın bəzi tədqiqatçıları bu məsələyə etiraz edir, mübahisəli məsələ olduğunu iddia edir.

Sorğuda 20-dən çox ölkədən 16262 nəfər iştirak edib. Dünyanın sonunun tezliklə baş verəcəyinə inananların faizi dəyişir. Fransada bu rəqəm 6 % , ABŞ və Türkiyədə 22% -dir. Cənubi Afrikada və Argentinada bu faiz nisbətən aşağıdır. Belçika əhalisinin 7%-i, Böyük Britaniya əhalisinin 8%-i yaşadıqları müddət ərzində dünyanın sonunün gələcəyini düşünür.

Dünya sakininin hər 10-dan birini 2012-ci ildə dünyanın sonunun yetişəcəyi ehtimalı düşündürür. Bu cür düşünənlərin çox faizi Rusiya və Polşadadır, daha az faizi Böyük Britaniyadadır. Qotfrid həmçinin qeyd edib ki, az gəlirli və ali təhsilsiz, həmçinin yaşı 35-dən aşağı olan insanlar appokalipsisə (dünyanın sonuna) inanır və bununla bağlı həyəcan keçirir.

Tədqiqatlar Çin, Türkiyə, Argentina, Macarıstan, Polşa,İsveç, Fransa, İspaniya, Belçika, Kanada, Avstraliya, İtaliya, Cənubi Afrikada, Böyük Britaniya, İndoneziya və Almaniya kimi ölkələrdə  aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər