Modern.az

Putin andiçməyə 900 min dollar xərcləyəcək

Putin andiçməyə 900 min dollar xərcləyəcək

Dünya

5 May 2012, 17:42

Modern.az-ın xarici ölkə mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyanın yeni prezidenti Vladimir Putin mayın 7-də Kremldə rəsmi andiçmə mərasimi keçirəcək. V.Putinin inaqurasiyasında Rusiyanın baş nazir müavinləri, nazirlər, yerli idarəçilər, din xadimləri, siyasətçilər, media mənsubları və xarici qonaqlarla birlikdə təxminən min nəfərin iştirak edəcəyi gözlənilir. Mərasim üçün dövlət büdcəsindən 26 milyon rubl (878 min 400 dollar) ayrılıb. Dövlət televiziyalarının canlı olaraq verəcəyi mərasim bazar ertəsi günü Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, Kremldə üç ayrı salonda reallaşacaq mərasimin rəsmi hissəsi Keşikçilər alayında əsgərlərin prezidentin simvolu olan cütbaşlı qartalın olduğu Rusiya bayrağı və Rusiya Konstitusiyasını gətirməsi ilə başlayacaq. Salona prezident Dmitri Medvedevdən sonra Putin gələrək and içmək üçün kürsüdə yerini alacaq.

Putin qırmızı qablı Konstitusiya üzərinə sağ əlini qoyaraq ölkəsinə xidmət edəcəyinə dair qısa mətn oxuyacaq. Konstitusiya Məhkəməsinin sədri tərəfindən Dövlət Başçısı olaraq elan ediləcək Putin, 30 dəfələ atılan ardıcıl top atəşi ilə salamlanacaq. Daha sonra mərasiminin ardından liderlər qısa bir çıxış edərək yeni vəzifəsinin icrasına başlayacaq.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir