Modern.az

Con Makkeyn Gürcüstanın Milli Qəhrəmanı oldu

Con Makkeyn Gürcüstanın Milli Qəhrəmanı oldu

11 Yanvar 2010, 16:21

Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün Batumidə ABŞ prezidentliyinə keçmiş namizəd, respublikaçı senator Con Makkeynə Milli Qəhrəman adı verib. Modern.az-ın gürcü mətbuatına istinadən verdiyi məlumata görə, Saakaşvili müvafiq ordeni Makkeynə təqdim edib.  Gürcüstanın Milli Qəhrəmanı ordeni Gürcüstan naminə qəhrəmalıq xidmətlərinə görə verilir. Makkeyn əvvələr dəfələrlə Gürcüstana dəstək nümayiş etdirib. Ötən ilin avqustunda ABŞ-dakı gürcü assosiasiysı avqust münaqişəsində güstərdiyi dəstəyə görə Makkeyni təltif edib.

“Bu gün Gürcüstanın bir hissəsinin azad olması – bu, dostların xidmətidir. Məhz azadlıq ideyası  Gürcüstanda rus tanklarının qarşısını alıb”deyən Saakaşvili 2008-ci il avqust hadisələri zamanı  Makkeynin göstərdiyə dəstəkdən danışıb. Saakaşvili Vyetnam müharibəsinin veteranı olan senatora simvolik hədiyyə - Amerka təyyarəçisinin tapançasını bağışlayıb.

Mərasimdə çıxış edən Makkeyn bəyan edib ki, Gürcüstanın Milli Qəhrəmanı adı onun almış olduğu bütün mükafatlar arasında ən yükək mükafatdır. “Mənim üçün Gürcüstanın müstəqilliyini müdafiə etmək böyük şərəfdir.  Bu, bizim ölkələr və xalqlar arasındakı böyük dostluğu, həmrəyliyi və tərəfdaşlığı əks etdirir. Bu mükafat azadlıq, ədalət və insan haqlarının müdafiəsi  kimi dəyərlər uğrunda mübarizə aparan millətə verlimiş mükafatdır. Biz bu dəyərləri qoruyub  saxlamaq naminə dostluq edrik”-deyə Makkeyn bildirib.

Makkeyn bu gün Batumində  müxalifət liderləri ilə görüşüb. Gürcüstan Xarici İşlər Nazirliyi Makkeynin səfərini ölkənin müstəqilliyinin və suverenliyinin dəstəklənməsi  kimi qiymətləndirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir