Modern.az

Bələdiyyə seçkilərinin yekun protokolları təsdiq edilib

Bələdiyyə seçkilərinin yekun protokolları təsdiq edilib

Təhsil

11 Yanvar 2010, 16:30
Yanvarın 11-də Azərbaycan Mərkəzi Seçki Komissiyasının iclasında ölkədə 23 dekabr 2009-cu il tarixində keçirilən bələdiyyə seçkiləri ilə bağlı yekun protokollar təsdiq edilib.
Nəticələrə əsasən seçkilərdə ölkə üzrə 1718 bələdiyyələrə namizəd seçən seçicilərin 32.4 faizi iştirak edib.
Müxtəlif qayda pozuntularına görə 33 seçki məntəqəsində və 9 bələdiyyə üzrə keçirən seçkilərin nəticələri ləğv edilib. Həmçinin 18 seçki məntəqəsinin fəaliyyəti buraxılıb. MSK-nın qərarı ilə 72 saylı Masallı-Yardımlı və 50 saylı Qobustan-Xızı-Quba sahə dairə məntəqələrinin rəhbərləri vəzifədən azad edilib.
2 seçki komissiyasının - 70 saylı Masallı-şəhər və 80 saylı İmişli seçki komissiyalarının fəaliyyəti tam buraxılıb. Barələrində şikayət daxil olmuş bəzi bələdiyyələr haqqında materiallar prokurorluğa təqdim olunub.
Qanunvericiliyə əsasən təkrar seçkiləri üç aydan sonra keçirmək olar. 1709 bələdiyyə üzrə seçkilər baş tutmuş hesab olunub və bu bələdiyyələr tam formalaşdırılacaq.
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır