Modern.az

“Nənələr” “Avroviziya” səhnəsində piroq bişirəcəklər

“Nənələr” “Avroviziya” səhnəsində  piroq bişirəcəklər

8 May 2012, 12:26

Rusiyanın "Buranovski nənələri " qrupunun iştirakçıları  "Avroviziya-2012”-də final çıxışı vaxtı səhnədə  piroq hazırlamaq üçün özləriylə çovdar unu götürüblər. Bu haqda mətbuat katibi Svetla Seryoqina bildirib. Mayın 8-də Bakıda keçiriləcək “Avroviziya 2012” yarışmasının axırıncı məşqi üçün qrup Moskvaya yola düşəcək.

Rejissorların  ideyasına görə, ”Buranovski nənələri”nin çıxışı vaxtı səhnəyə  piroq bişiriləcəyi nəzərdə tutulan peç maketi qoyulacaq. Svetlana Seryoginanın sözlərinə görə, bu qrupa həyacanı azaltmağa kömək edəcək.

Xatırladaq ki, “Buranovski nənələri”qrupu martın 8–də milli seçim mərhələsində tamaşaçı səsverməsi və professional müsiflər heyəti tərəfindən  Rusiyanı “Avroviziya 2012”-də təmsil etməyə seçilmişdi.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir