Modern.az

Bayram Səfərov: “Günahsız axıdılan qanlara görə onlardan qisas alınacaq”

Bayram Səfərov: “Günahsız axıdılan qanlara görə onlardan qisas alınacaq”

8 May 2012, 16:51

Modern.az-ın məlumatına görə, bu gün Şuşa sakinləri şəhərin işğalının 20-ci ildönümü ilə bağlı  Şəhidlər xiyabanını ziyarət ediblər. Anım mərasimində çıxış edən "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan xalqının hər zaman döyüşə hazır olduğunu, Şuşanın işğalda qalmayacağını vurğulayıb:

 "Bu gün burada bu qədər əhalinin iştirakı bizdə bir daha əminlik yaradır ki, Ali Baş Komandanın əmri ilə bütün insanlar döyüşə hazırdır. Bu, bizi əmin edir ki, xalqımız birdir, mütəşəkkildir".
Şuşanın ildönümü ilə bağlı xalqın ölkə başçısının əmrini gözlədiyini deyən B.Səfərov doğma torpaqlarımızın tezliklə azad olunacağını qeyd edib.

"İstər hərb, istərsə də sülh yolu ilə biz doğma Şuşamıza qayıtmalıyıq. Şuşa işğaldan azad olunacaq. Bu gün güclü Azərbaycan Ordusu var. Ali baş Komandanın əmri olarsa, qısa müddət ərzində torpaqları işğaldan azad edəcəyik"-deyə Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın sədri vurğulayıb.
B.Səfərov deyib ki, Ermənistanda hakimiyyətdə olan şəxslər, istər Robert Köçəryan, istərsə də Serj Sərkisyan azərbaycanlılara qarşı törətdikləri soyqırımdan fəxrlə danışmaqlarına görə cavab verəcəklər:

”Əlbəttə, zaman gələcək onlar müttəhimlər kürsüsündə cinayətkar kimi cavab verəcəklər. Günahsız axıdılan qanlara görə onlardan qisas alınacaq. Bu adamlar icmaların görüşünü, sadə erməni xalqının azərbaycanlılarla ünsiyyət qurmasını necə istəyə bilərlər? Bəli, Dağlıq Qarabağda yaşayan ermənilərin heç də hamısı azərbaycanlılara qarşı düşmən olmayıb, Azərbaycanın hesabına sosial vəziyyətlərini yaxşılaşdırıb və ailələrini dolandırıblar. Bu ermənilər dediklərimi heç vaxt unuda bilməzlər. Ona görə də Ermənistandakı bu rejim devrilməlidir. Ermənistandakı rejim devrilməsə, erməni xalqının normal güzəranı və sülh şəraitində yaşayışı mümkün olmayacaq. İllər keçdikcə, bu hakimiyyət erməni xalqını ölümə sürükləyəcək”.

Anım mərasiminin iştirakçıları şəhidlərin məzarı üstünə gül-çiçək dəstələri düzüblər, onların ruhuna dualar oxuyublar.






Mail Ağaxanov
Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı