Modern.az

Medvedev baş nazir təyin olundu

Medvedev baş nazir təyin olundu

8 May 2012, 18:54

Modern.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Dövlət Dumasının bu günkü növbədənkənar plenar iclasında eks-prezident Dimitri Medvedevin baş nazir postuna namizədliyinin təsdiqlənməsi üçün səsvermə keçirilib.

443 millət vəkilinin iştirakı ilə keçirilən səsvermənin nəticələrinə görə, D. Medvedev 299 lehinə səs toplayaraq rəsmən Rusiyanın baş naziri postuna təsdiq olub.  Namizədliyi hazırki prezident Vladimir Putin tərəfindən irəli sürülən Medvedevin əleyhinə isə 144 deputat səs verib. Qeyd edək ki, D.Medvedevin baş nazir təyin olunması üçün minimum 226 səsin toplanması lazım idi.

 Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi