Modern.az

Böyük Vətən Müharibəsində itkin düşmüş azərbaycanlılarıın əlçatmaz SİYAHILARI...

Böyük Vətən Müharibəsində itkin düşmüş azərbaycanlılarıın əlçatmaz SİYAHILARI...

Aktual

9 May 2012, 09:55

SSRİ hərbi arxivin sənədləri...


Rusiya Müdafiə Nazirliyi Böyük Vətən Müharibəsində həlak olmuş və itkin düşmüş şəxslər barəsindəki arxiv məlumatlardan ibarət İnformasiya Məlumat Bankı - Elektron Arxiv yaradıb.  Modern.az-ın Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, www.obd-memorial.ru ünvanında olan bu  bank SSRİ Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin rəsmi sənədləri və məlumatları əsasında formalaşdırılıb.

Layihənin əsas məqsədi milyonlarla keçmiş sovet vətəndaşına müharibə zamanı həlak olmuş qohumlarının taleyindən xəbər almaq imkanı yaratmaqdır. Bunun üçün Rusiya Silahlı Qüvvələrinin hərbi-memorial Mərkəzi tərəfindən unikal informasiya axtarış sistemi yaradılıb.

Bu sistem dünyada unikallığı ilə tanınır.

Bankda yerləşdirilən məlumatların əsas hissəsini hərbi hissələrdən itkilərlə bağlı daxil olmuş hərbi sənədlər, itkiləri dəqiqləşdirən (dəfnlər, hospitallar və tibb batalyonları tərəfindən tərtib edilmiş sənədlər, sovet əsirlərinin qənimət götürülmüş kartoçkaları) arxiv sənədləri və sovet zabit və əsgərlərinin mühafizə edilmiş pasportları təşkil edir.

Saytda izləyicilər həlak olan əsgərlərin rütbəsi, qulluq etdiyi hərbi hissə, ölümünün səbəbi (öldürülüb, aldığı yaradan ölüb, itkin düşüb) və dəfn edildiyi yer barədə informasiyalar əldə edə  bilərlər. Bundan başqa, saytda şəxslər barədə birinci mənbədən əldə edilmiş bütün ilkin sənədlər yerləşdirilib. Bu sənədlər həlak olanları böyük dəqiqliklə məyyən etməyə imkan verir.   

Layihə çərçivəsində sayta 13 milyon arxiv səhifəsi və 30 min hərbi dəfnlə bağlı pasport məlumatları yüklənib. Oxucu ilk dəfə olaraq axtardığı qohumları və babaları barədə real sənədlərlə tanış olmaq imkanı qazanacaq. Banka yeni məlumatların daxil edilməsi davam edir. 

Bu Elektron Arxiv Rusiya prezidentinin 23 aprel 2003-cü il sərəncamı ilə yaradılıb.

Saytdakı məlumatları araşdırarkən xeyli sayda Azərbaycan vətəndaşının adına rast gəlmək olur. Qeyd edək ki, Böyük Vətən Müharibəsi adı altında İkinci Dünya Müharibəsində Azərbaycandan 600-mindən yuxarı şəxs iştirak edib. Onların 300-mindən çoxu çəbhədən qayıtmayıb. İndi hər bir azərbaycanlı sözügüdən saytda axtarış verməklə müharibədə itkin düşmüş yaxın adamı barədə məlumat ala bilər.


Xaqani Səfəroğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...