Modern.az

Müdafiə Nazirliyi: “Cəbhədə vəziyyət gərginləşib”

Müdafiə Nazirliyi: “Cəbhədə vəziyyət gərginləşib”

10 May 2012, 10:03

Cəbhə xəttində yenidən gərgin vəziyyət yaranıb

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Ermənistan Ordusunun bölmələri mayın 9-da saat 10.15-dən 10.45-dək, 14.55-dən 15.35-dək, 15.05-dən 15.48-dək və 17.30-dan 18.35-dək intensiv olaraq Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Mososqerx və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Əlibəyli və Qaralar kəndlərində yerləşən mövqeləri, saat 22.30-dan 22.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri, saat 10.30-dan 10.40-dək və mayın 10-da 00.20-dən 00.25-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 00.30-dan 00.35-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən və saat 02.00-dan 02.10-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər