Modern.az

Azərbaycanda ərini öldürən qadınların sayı artıb

Azərbaycanda ərini öldürən qadınların sayı artıb

10 May 2012, 12:02

Qadınlar üçün çəzaçəkmə müəssisəsində narkotik alveri edənlərdən sonra ər qatilləri çöxluq təşkil edir

Bu gün Azərbaycanda 352 qadın məhbus həyatı yaşayır. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Cəmilə Bağırova Modern.az-a məlumat verib. 2011-ci ilin statistikasına əsasən, məhbusların yaş tərkibi 18-55 yaş arasındadır.  

“Azərbaycanda qadınların həbsdə saxlandığı bir qadın həbsxana var. O çəzaçəkmə müəssisəsində 18-25 yaş arası 17 qadın, 55 yaşından yuxarı 23 qadın məhbus cəza çəkir. Ən çox cinayət törədənlər isə əsasən 35-dən 55 yaş arasındadır”. Cinayət törədən qadınların sayının son illər stabil olduğunu deyən Komitə nümayəndəsi vaxtilə bu rəqəmin 400-ə çatdığını vurğulayıb.

Məhbus həyatı yaşayan zərif cinsin nümayəndələri ən çox narkotik və psixortop maddələrin alqı-satqısı və daşınması ilə bağlı həbs olunublar. Bundan sonrakı yerdə ər qatilləri gəlir. Ailə münaqişəsi zəminində həyat yoldaşlarını qətlə yetirən qadınların sayı daha çoxdur.

Komitə rəsmisinin sözlərinə görə, məhbusların sağlamlığı ilə bağlı problemlər yaşanmır: “Ötən il çəzaçəkmə müəssisəsində bir qadın rəhmətə getmişdi. Amma bu sağlamlığın itirilməsinə görə yox, həmin məhbusun yaşlı olması ilə bağlı idi. Son dövrlər məhbusların ölüm halı qeydə alınmayıb. Çünki sağlamlıqla bağlı onlar mütəmadi olaraq müayinədən keçirilirlər. Məsələn, yanvar, fevral ayında Bakı şəhər Baş Səhiyyə İdarəsi ilə birgə dəmir barmaqlıqlar arasında çəza çəkən  qadınlarda ginekoloji, onkoloji müayinə aparıldı. Onlardan iki qadın müalicə üçün xəstəxanaya yatırılıb”-deyə C.Bağırova bildirib.

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu