Modern.az

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

10 May 2012, 12:43

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 11-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

 Havanın temperaturu gecə 13-18, gündüz 25-29 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında mayın 11-də hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

 Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq.

Mayın 11-13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, mayın 12-13-də atmosfer təzyiqinin normadan bir qədər aşağı enməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Qeyd edilib ki, 9 may 2012-ci il tarixində Bakıda orta sutkalıq temperatur iqlim normasından 6.6 dərəcə yuxarı olub, havanın maksimal temperaturu isə Bakıda 27.6 dərəcə isti təşkil edibdir ki, bununla da 9 may 1910-cu il tarixində olan sutkalıq rekord göstərici (26.6 dərəcə) yenilənibdir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir