Modern.az

“Eurovision”un qalibləri Bakıda toplaşır

“Eurovision”un qalibləri Bakıda toplaşır

10 May 2012, 12:57

 

Modern.az-ın Eurovision.az saytına istinadən verdiyi məlumata görə, “Eurovision” müsabiqəsinin son beş ildəki qalibləri Bakıda toplaşacaq.  Bildirilib ki, müsabiqə ulduzları Azərbaycanın milli musiqi alətləri ilə "Bakı Kristal Zalı"nda möhtəşəm şou təqdim edəcəklər.

Eurovision Mahnı Müsabiqəsi 2012-nin keçiriləcəyi "Bakı Kristal Zalı" möhtəşəm şouya tam hazırdır. Eurovision 2012-nin qeyri-adiliyi, səs və işıq effektləri ilə seçilən Bakı səhnəsində hazırda texniki məşqlər gedir. Mayın 13-dən isə "Bakı Kristal Zalı" şouda təmsil olunan ölkələri qəbul edəcək.

Bu ərəfədə Eurovision Mahnı Müsabiqəsinin yarımfinalları və finalındakı açılış və interval aktlarının məşqləri aparılır.

Eurovision Mahnı Müsabiqəsinin builki təmsilçilərinin rəngarəng və bir-birindən fərqlənən performansları ilə yanaşı, milyonlarla izləyiciyə açılış və interval aktlarında sürpriz dolu şoular təqdim ediləcək.

Açılış və interval aktları səhnə tərtibatı, ssenarisi və şouda çıxış edəcək müğənniləri ilə seçiləcək. Bu şoular üçün son 5 ilin Eurovision Mahnı Müsabiqəsinin qalibləri Bakıda toplaşacaq. Mariya Şerifoviç, Dima Bilan, Aleksandr Rıbak, Lena, Eldar və Nigar mayın 24-də keçiriləcək ikinci yarımfinalın interval aktında "Bakı Kristal Zalı"nda çıxış edəcək. Eurovision Mahnı Müsabiqəsinin bu qaliblərindən ibarət qrup Azərbaycanın milli musiqisi ilə zəngin performansla səhnədə olacaqlar. Eurovision ulduzları bu şouda tamaşaçılar qarşısına indiyədək görmədiyimiz bir üslubda çıxış edəcəklər. Mayın 18-dən etibarən Eurovision Mahnı Müsabiqəsinin ötən 5 ilin qalibləri Bakıya gələcək.

Xatırladaq ki, Eurovision Mahnı Müsabiqəsi 2012-nin yarımfinalları mayın 22, 24-də, finalı isə mayın 26-da keçiriləcək.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir