Modern.az

Türkiyədə azərbaycanlı iş adamına sui-qəsd

Türkiyədə azərbaycanlı iş adamına sui-qəsd

10 May 2012, 13:00

Türkiyənin Alanya şəhərində otel adminstratoru işləmək istəyən şəxs azərbaycanlı iş adamı Xudaverdi Məmmədbəyliyə pnevmatik silahdan atəş açıb.

Soydaşımız təsadüf nəticəsində ölümdən xilas ola bilib. Ətrafdakı hay-küyü görən silahlı adam hadisə yerindən avtomobillə qaçıb.

Türkiyəli jurnalisti Ferit Kesen Modern.az  saytına deyib ki, hadisə Alanyanın Cümhuriyət Məhəlləsi Milli Suverenlik Stadionun qarşısında olub.

Alanyada tanınmış otel sahiblərindən olan Xudaverdi Məmmədbəyli 07 MA 962 nömrəli avtomobillə seyrə çıxdığı zaman Zəfər adlı şəxs telefonla zəng edib, işlə bağlı onunla görüşmək istədiyini bildirir. Maşınını park edən Məmmədbəyli zəng edən şəxsi gözləyərkən Zəfər nömrəsi bilinməyən avtomobildən onun üstünə pnevamtik silahdan atəş açır.

Türkiyə polisi atəç açan şəxsin axtarışına başlayıb.

P.S. Xudaverdi Məmmədbəyli Sumqayıtda doğulub. Azərbaycanlı jurnalistlərin Qarabağla bağlı Türkiyədə keçirdikləri bir neçə tədbirə dəstək verib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?