Modern.az

TQDK sınaq imtahanının nəticələrini açıqladı

TQDK sınaq imtahanının nəticələrini açıqladı

Təhsil

10 May 2012, 13:13

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, mayın 6-da keçirilən sınaq imtahanlarının nəticələri açıqlanıb. Sınaq imtahanlarının nəticələri TQDK-nın rəsmi internet saytına yerləşdirilib: (//www.tqdk.gov.az/sinaq2012netice/)

Qeyd edək ki, sınaq imtahanları ölkənin 29 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Göygöl, Qazax, Şamaxı, Mingəçevir, Şəki, Qax, Oğuz, Bərdə, Ağcabədi, Göyçay, Ucar, Şirvan, Lənkəran, Astara, Yardımlı, Cəlilabad, Quba, Xaçmaz, eyni zamanda Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 47 binada təşkil olunub.

Sınaq imtahanlarında iştirak edən abituriyentlər nəticələri məlumatı mobil telefonla “İmtahancell” (Azercell nömrələrindən), “Cavab” (Bakcell nömrələrindən) və “Imtahan-info” (NAR Mobile) xidmətləri vasitəsilə də öyrənə bilərlər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər