Modern.az

Ukraynada öldürülən azərbaycanlı iş adamının cənazəsi Lənkərana gətirilir

Ukraynada öldürülən azərbaycanlı iş adamının cənazəsi Lənkərana gətirilir

10 May 2012, 13:18


Ukraynada Azərbaycan diasporunun tanınmış simalarından olan 34 yaşlı İqbal Mahmudov öldürülməsi ilə bağlı araşdırma işləri aparılır. Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərovun Modern.az-a verdiyi  məlumata görə,Ukrayna Azərbaycanlıların Konqresi bu məsəlini diqqətdə saxlayır.

”Hazırda Ukrayna hüquq- mühafizə orqanları araşdırma işlərini davam etdirir. Hələki qətlin kim tərəfindən  törədilməsi barədə heç bir məlumat yoxdur, bunun üçün əməliyyat tədbirləri aparılır. Hal-hazırda qətli törədən şəxsin şəxsiyyətini müəyyənləşdirliməsi, qətlin motivləri  istiqamətində işlər görülür. Diasporla iş üzrə Dövlət Komitəsi olaraq, bu məsələ bizim də diqqətimizdədir. Çalışırıq ki, cinayətkarlar tez bir zamanda aşkar olunsun”/

Komitə rəsmisi bildirib ki, mərhumun cənazəsinin vətənə gətirlməsi ilə bağlı işlər gedir.

“Cənazə bu günə-sabaha, həftənin sonuna kimi vətənə gətiriləcək və mərhum doğma torpağında dəfn olunacaq. İqbal Mahmudovun  ölümü Ukraynadakı Azərbaycan diasporu  üçün böyuk bir itkidir. İqbal Mahmudov diasporumuzn çox fəal üzvlərindən biri idi və təbii ki, bu bizim üçün böyük bir itkidir”.

Xatırladaq ki, Donetsk Azərbaycanlıları Konqresinin sədri İ.Mahmudov mayın 9-da Makiyevka şəhərində Böyük Vətən müharibəsi veteranları ilə görüşdə 2 naməlum şəxsin açdığı atəş nəticəsində qətlə yetirilib.

Nihadə Eyyubova

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!