Modern.az

İlham Əliyev və birinci xanım gül bayramında iştirak ediblər

İlham Əliyev və birinci xanım gül bayramında iştirak ediblər

10 May 2012, 13:32

Modern.az-ın məlumatına görə,  Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Bakıda keçirilən Gül bayramında iştirak ediblər.

Mərasimdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına məlumat verib ki, səhər tezdən başlayaraq paytaxt sakinləri dünyanın bir sıra ölkəsindən gətirilmiş gül-çiçəklə bəzədilmiş parka gəlirlər. Mərhum prezident Heydər Əliyevin abidəsinin ətrafı gül-çiçəyə qərq olub, postament ağ güllərlə hörülübdür.

Prezident İlham Əliyev və ailə üzvləri ulu öndərin abidəsini ziyarət edərək başdan-başa güllərə qərq olmuş parkın gözəlliyini seyr edibilər.

Tədbirdə prezident və ailə üzvləri uşaqlarla söhbət ediblər, Heydər Əliyevin abidəsi önündə uşaqlarla xatirə şəkli çəkdiriblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?