Modern.az

Vardan Oskanyan: “Qarabağ münaqişəsini həll etmək asan olmayacaq”

Vardan Oskanyan: “Qarabağ münaqişəsini həll etmək asan olmayacaq”

Dünya

10 May 2012, 13:48

“Qarabağ münaqişəsinin həlli ilə bağlı situasiyanı çıxılmaz hesab etimirəm. Amma münaqişəni həll etmək asan olmayacaq”. Modern.az bildirir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan İrəvanda olan türk jurnalistlərinə müsahibəsində bildirib. Onun sözlərinə görə,  20 ildir davam edən münaqişə Azərbaycannın sərt mövqeyi dəyişməyincə həll olunmayacaq.

“Mən Azərbaycanın bu münaqişə ilə bağlı mövqeyinin dəyişdirə biləcəyinə isə ciddi şübhə edirəm. Danışıqlar davam etsə də, prosesin özü dalana dirənib”-deyə Oskanyan vurğulayıb. 

Eks-nazir bildirib ki, danışıqların parlament seçkilərindən sonra “dirildiləcəyi” barədə heç bir proqnoz verə bilməz.  

Erməni-türk protokollarına toxunan Oskanyan bu sənədləri “ölü sənəd” adlandırıb.
“Erməni-türk münasibətləri Azərbaycan-Türkiyə münasibətlərinin girovuna çevrilib. Bu sənədlər üzərində aparılan proses göstərdi ki, əsas əngəllərdən biri Qarabağ məsələsidir. Bu problem həll edilməyincə, İrəvanla Ankara arasında münasibətlərin normallaşması mümkün deyil”-deyə Oskanyan qeyd edib.  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!