Modern.az

Türkiyədə marşal və 11 general həbs olundu

Türkiyədə marşal və 11 general həbs olundu

Dünya

10 May 2012, 15:22

11-ə yaxın istefaya çıxmış və ya fəaliyyətdə olan general Türkiyənin məhkəmə səlahiyyətli orqanları  tərəfindən 28 fevral 1997 ci il çevrilişi araşdırması çərçivəsində  həbs olunub.

Modern.az türk KİV –lərinə istinadən bildirir ki, məhkəmənin qərarı barədə ötən gecə məlum olub. Məhbuslar Türkiyənin  Sincan və Mamak rayonlarına göndərilib. İçində aviasiya marşalı olan hərbçilərdən 5 nəfəri general-mayor rütbəli şəxslərdir.

Onlar  “28 fevral” hadisəsinin  dördüncü dalğası zamanı mayın 8 də saxlanılıblar.

Axtarış tədbirləri 15 ünvan üzrə Türkiyənin 9 əyalətində aparılıb Araşdırmanın aparılması  xüsusi səlahiyyətlərinə görə  Ankara baş prokurorluğunun bölmələrindən birinə tapşırılıb. İlk axtarış və  saxlanılma bu ilin aprel ayında baş verib.

Hazırda 30-a yaxın saxlanılanlar sırasında baş prokurorluğun keçmiş nümayəndələri və digər yüksək rütbəli şəxslərin olduğu bildirilir. Həbs olunanlar “28 fevral çevrilişi”ni hazırlamaqda və iştirakda günahlandırılır. Bu “postmodernist çevriliş” adı altında Türkiyə hakimiyyətinin çevrilişi kimi qeyd olunur. Hakimiyyət orqanları ölkənin vəziyyətinə hərbçilərin cəzalandırılacağı qənaətindədir.  

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi