Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mollaların attestasiya prosesini müvəqəti olaraq dayandırıb. Bu barədə Modern.az-a QMİ-nin şöbə müdri, Attestasiya komisiyasının sədri Hacı Mirəziz Seyidzadə məlumat verib.
Hacı Mirəziz bildirib ki, bəzi səbəblərə görə mollaların attestasiya məsələsi müvəqqəti olaraq dayandırılıb. Lakin o, həmin səbəblər barədə danışmaq istəməyib.
Qeyd edək ki, QMİ sonuncu dəfə bu ilinin yanvarında Salyan və Neftçala rayonlarından olan mollaları attestasiyadan keçirib. Ondan öncə isə
Cəlilabad, Biləsuvar, Lerik, Yardımlı, Masallı, Lənkəran, Astara rayonlarının ruhanılərinin attestasiyası olmuşdu.
QMİ attestasiyadan keçə bilməyən ruhanilərə 6 aya qədər möhlət verir ki, yenidən hazırlaşsınlar. Attestasiyadan bütün axundlar, meyit işləri ilə məşğul olanlar da keçirilir. Attestasiyadan keçənlərə vəsiqə verilir. Bununla da həmin şəxslər dini sahədə fəaliyyət göstərə bilərlər.
QMİ hələ fevralın axırında Sabirabad, İmişli və Saatlı rayonlarında ruhaniləri attestasiya etməli idi. Hacı Mirəziz Seyidzadə attestasiya prosesinin nə zaman bərpa ediləcəyi barədə məlumatsız olduğnu bildirib.
Mail Ağaxanov