Modern.az

Kinematoqrafiya İttifaqını “Domsovet”dən çıxarırlar

Kinematoqrafiya İttifaqını “Domsovet”dən çıxarırlar

10 May 2012, 17:10

Rasim Balayev: “Binanı tərk edib-etməməyimiz gələn həftə dəqiqləşəcək”

Azərbaycan Kinematoqrafçılar İttifaqı uzun müddətdir maliyyə problemləri yaşayır. Hazırda yerləşdikləri binada icarə haqqının ödənilməməsi səbəbindən İttifaq yerləşdiyi “Domsovet”dən çıxarılma təhlükəsi ilə üzləşib.  

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Rasim Balayevin Modern.az-a verdiyi məlumata görə, İttifaq qarşısında borcun ödənilməsi üçün müddət qoyulub:

“Kirayə haqqı kifayət qədər böyükdür. Yığılan borc isə 30-40 min manat civarındadır. Məbləğin ödənilməsi üçün hökumətə dəfələrlə müraciət etmişik. Amma məsələ ilə maraqlanan olmayıb”.

Xalq artistinin sözlərinə görə, dövlət büdcəsindən yazıçılara, bəstəkarlara, rəssamlara köməklik edilib. Amma İttifaq bu yardımdan kənarda qalır. “İcarə haqqının ödənilməməsinə görə, binanın tərk edilməsi hələ ki, mübahisə məsələsi olaraq qalır. Bununla bağlı konkret qərar yoxdur. Amma öhdəlik götürmüşük ki, icarə haqqını yavaş-yavaş ödəyək. İttifaqın binanı tərk edib-etməməsi gələn həftə dəqiqləşəcək”-deyə Rasim Balayev vurğulayıb.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir