Modern.az

Bakıda suyun verilişində fasilə olacaq

 Bakıda suyun verilişində fasilə olacaq

Təhsil

10 May 2012, 17:18

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  qurum istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri və yay rejiminə hazırlıqları davam etdirir. Abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən  “ Maştağa” anbarına su nəql edən 2 magistral xəttin birində yenidənqurma və təmir işləri aparılır. Bununla əlaqədar 10 may saat 22:00-dan 12 may saat 22:00-dək Abşeron rayonunun Bağlar massivinə, Digah, Mehdiabad, Goradil qəsəbələrinə, eləcə də Bakı şəhərinin Sabunçu və Suraxanı rayonlarının bəzi hissələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.  

“Azərsu” ASC Yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi