Modern.az

Mitinqə icazə verilməsi xəbəri yalan çıxdı…

Mitinqə icazə verilməsi xəbəri yalan çıxdı…

10 May 2012, 19:04

İctimai Palata: “Şəhər İcra hakimiyyəti hələ rəsmi cavab göndərməyib”

“Bakı şəhər İcra Hakimityyəti mitinqlə bağlı İctimai Palatanın müraciətinə hələ də cavab verməyib. Bununla bağlı mətbuatda yayılan məlumatlar yalandır”.Bunu Modern.az-a açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının üzvü Gülağa Aslanlı bildirib. G.Aslanlının sözlərinə görə, Bakı meriyasından İctimai Palatanın mitinqlə bağlı müraciətinə hələ cavab verilməyib.

“Biz bütün günü Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq istəsək də, alınmayıb. Onlar bizə heç bir cavab verməyiblər. Deyilənlər doğru deyil. Bununla bağlı qərargaha meriya tərəfindən müraciət olunmayıb. Bu xəbəri kim yayıb, heç bir əsası yoxdur. Rafiq Manaflı deyir ki, o, belə bir açıqlama verməyib”-deyə G.Aslanlı vurğulayıb.

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Tofqi Yaqublu da yayılan məlumatları təkzib edib. Onun sözlərinə görə, meriya hələ də cavab verməyib:

“Çox təəsüf ki, hələ cavab verməyiblər. Biz bütün günü Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, bu alınmadı. Onlar bizə hələ də cavab verməyiblər. Gözləyirik...”.

Qeyd edək ki, bir müddət öncə İctimai Palata 13 may tarixində mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edib. İctimai Palata yürüş-mitinqi “Dərnəgül” metrosunun qarşısındakı meydanda keçirmək istədiyini bildirib.

 

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir