Modern.az

Qafqaz Universiteti qızıl mükafata layiq görülüb

Qafqaz Universiteti qızıl mükafata layiq görülüb

Aktual

10 May 2012, 23:29

Qafqaz Universiteti Almaniyanın Frankfurt şəhərində keçirilmiş Keyfiyyət üzrə 38-ci B.I.D. Beynəlxalq Konvensiyasında “International Arch of Europe” nominasiyası üzrə qızıl mükafata layiq görülüb. Konvensiyada universitetin biznes dünyası ilə qurduğu işgüzar münasibət və təhsil sektorunda göstərdiyi fəaliyyət “International Arch of Europe”-un əsasnaməsi və QC100 – Keyfiyyətin Ümumi İdarəedilməsi Modelinin meyarları əsasında yüksək qiymətləndirilib. Mükafatlandırma mərasimində 70-dən artıq ölkədən müxtəlif şirkətlərin rəhbərləri, o cümlədən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç iştirak edib. Tədbir “İmarPress”-ə daxil olan 26 media şirkəti tərəfindən işıqlandırılıb. Bu barədə Modern.az-a universitetin mətbuat xidmətindən məlumat verilib.

B.I.D. təşkilatı hal-hazırda dünyada Keyfiyyət Mükafatı təqdim edən ən önəmli özəl şirkətlərdən biridir. Şirkətin əsas keyfiyyət prinsipləri Yaponiyadakı “Deming”, Amerikadakı “Baldrige” və Avropadakı EFQM təşkilatları kimi güclü təməl üzərinə qurulub. B.I.D. şirkətinin strukturu biznes informasiya sahəsində ekspert kimi fəaliyyət göstərən beynəlxalq mühəndis, riyaziyyatçı, iqtisadçı, fizik, jurnalist, psixoloq, dizayner, memar, və s. kimi mütəxəssislərdən ibarətdir. Bu mütəxəssislər daimi olaraq dövlət və özəl sektorlarının informasiya mənbələrindən, mediadan, nəşrlərdən, reklamlardan, konsultasiya şirkətlərindən, yarmarkalar və sərgilərdən müxtəlif şirkətlər haqda informasiya toplayır və tədqiq edir.

B.I.D. təşkilatı davamlı olaraq keyfiyyət və idarəetmə sahəsində lider sayılan və seçilmiş şirkətlərə səs verən korporasiyalar arasında fasiləsiz sorğu həyata keçirir. Qafqaz Universitetinə təqdim edilən beynəlxalq B.I.D. mükafatları QC100 TQM (Keyfiyyətin Ümumi İdarəedilməsi) kriteriyaları əsasında təqdim edilir, hansıki bu meyarlar biznes sahibkarlarının və şirkətlərin proses, servis və təşkilati sistemlərinin inkişaf etdirmə qaydaları kimi xarakterizə edilə bilər.  QC100 Keyfiyyətin Ümumi İdarəedilməsi modelinin uğurlu həyata keçirilməsi üçün əsas addımlar: təşkilat olaraq keyfiyyəti hədəf götürmə, müştəri məmnuniyyəti, təşkilati sistem səmərəliliyi, innovasiya, texnoloji yenilik, cəmiyyətdə liderlik, kommunikasiya strategiyaları, ISO 9000, insan qaynaqları, daimi təlim və təhsil faktorları kimi vurğulana bilər.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi