Modern.az

Berti Foqtsun reklama çəkilməyi...

Berti Foqtsun reklama çəkilməyi...

11 May 2012, 11:23

Bu gün Azərbaycanda yerli istehsal hesabına çəkilən reklamlar azlıq təşkil edir vəə bu sahədə müəyən problemlər var. Məhz buna görə yerli reklamlarda məşhur, dünya şöhrətli insanların çəkilməsi bizdə maraq oyadır. Azərbaycan telekanallarında yayımlanan AccessBank-ın reklamında milli komandanın baş məşqçisi Berti Foqtsun çəkilməsi diqqəti cəlb edib.

Modern.az-ın əməkdaşı bu təşəbbüsün haradan irəli gəldiyini və razılığın necə əldə olunduğunu öyrənməyə çalışıb.

AccessBank-ın ictimaiyyətlə əlaqələr üzrə meneceri Nigar Məmmədova bu təşəbbüsün onlar tərəfindən irəli sürüldüyünü qeyd edib.
“Sualınıza cavab olaraq sadəcə bunu deyə bilərik ki, bu təşəbbüs AccessBank-ın təşəbbüsüdür və bizim tərəfimizdən irəli sürülüb”.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu milli komandanın baş məşqçisi Berti Foqtsun çəkildiyi reklam çarxının AccessBank-la olan əməkdaşlıq çəçivəsində həyata keçirildiyini vurğulayıb.

“AccessBank həmişə AFFA-nın inkişafına milli komanda ilə bağlı öz dəstəyini verir. Çəkilən reklam çarxı da AccessBank-la AFFA arasında əməkdaşlıq çərçivəsində baş verib və digər məsələlər də əməkdaşlıq çərçivəsində öz həllini tapır”.

M.Nərimanoğlu bildirib ki, AccessBank futbolun inkişafına öz dəstəyini verən maliyə sektorlarından biridir.

“Əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən biri də futbolçuların müxtəlif formalarda fotosessiyalarının keçirilməsidir. Yəni bunlar əməkdaşlıq çərçivəsində həyata keçirilir və biz də çox şadıq ki, AccessBank futbolun inkişafına öz dəstəyini verən maliyə sektorlarından biridir”.

Aytən ƏLİYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir