Modern.az

Sabiq deputat: “KAT LTD bizi məhkəməyə verirsə, versin”

Sabiq deputat: “KAT LTD bizi məhkəməyə verirsə, versin”

Təhsil

11 May 2012, 11:38

“Kim istəyir bizi məhkəməyə versin, problem yoxdur, cavab verərik”

II çağırış Milli Məclisin bir qrup deputatı ilə KAT LTD tikinti şirkəti arasında yaranan qalmaqal böyüyüb. Şirkət rəhbəri Elçin Ələkbərov sabiq deputatları məhkəməyə verəcəyi ilə hədələyib. Bir müddət öncə mənzil problemi ilə bağlı sözügedən tikinti şirkətini ittiham edən sabiq deputat, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev haqlarında səslənən məhkəmə şikayəti ilə bağlı Modern.az-a açıqlama verib. Sabiq millət vəkili yaranan qalmaqalla bağlı bildirib ki, şirkət onları məhkəməyə vermək istəyirsə, əlindən gələni etsin.

“Nəyi bacarırlarsa, onu da eləsinlər. Birincisi mənzillərin məbləğlə bağlı hər hansı söz deyilməyib. Bu yalnış məsələdir. İkici tərəfdən onlar bizə də məlumat veriblər ki, tikintiyə başlayıblar. Nazirlər Kabinetinin müvafiq qərarları var. Həmin şirkətin hesabına müvafiq vəsait köçürülüb. Bütün məsələlər həll olunub. Orada hər hansı problem ola bilməz. Sadəcə uzun müddət idi bu proses gecikdirilirdi. Biz yaxşı bilirik verilən məbləğ nədən ibarətdir. Biz qiymətləri cox yaxşı bilirik. Mən hesab edirəm ki, bu məsələdə hər hansı mübahisə yoxdur. Bu normal proseduradır. Kim bizi məhkəməyə verəcəksə, versin. Lakin ortada məhkəmə predmeti yoxdur. Kiminsə nə arzusu varsa, buyursun”-deyə Ə.Nuriyev vurğulayıb.

Qeyd edək ki, KAT LTD şirkətinin rəhbəri Elçin Ələkbərov Modern.az-a açıqlamasında bildirib ki,  sabiq millət vəkilləri mənzil məsələsi ilə bağlıə haqlarında böhtan xarakterli məlumatlar yaydıqları üçün məhkəməyə veriləcək. Şirkət rəhbəri buna əsas səbəb kimi mənzil üçün ödənilən məbləğin yalandan şişirdilməsini göstərib.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!