Modern.az

Hillari Klinton: “Ürəyim necə istəyir, elə edirəm”

Hillari Klinton: “Ürəyim necə istəyir, elə edirəm”

Dünya

11 May 2012, 12:42

ABŞ-ın dövlət katibi Hilari Klinton öz xarici görünüşündən narahat olmadığını və kosmetikadan istifadə etməmək hüququnun olduğunu bildirib.

Modern.az bildirir ki, Hilari Klinton bu haqda CNN telekanalına müsahibəsində bildirib.  
“Bu mövzular vaxt və diqqət tələb edəcək qədər önəmli deyil”.
Buna nümünə olaraq dövlət katibi  internet şəbəkələrində yer alan Banqladeş, Çin, Hindistana səfəri zamanı makiyajsız və günəşqoruyucu eynəklərdə olan şəkillərini nümunə göstərib. Klintonun internet şəbəkələrində yer alan  şəkillərə bildirilmiş fikirlərə şərhi maraqlı olub:
”Əgər mən eynək taxmaq istəyirəmsə, taxıram, istəyəndə saçımı açıram, istəyəndə bururam. Mən ürəyim necə istəyir, elə edirəm”- deyə açıqlama gətirib.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı