Modern.az

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar fərqli aksiya

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar fərqli aksiya

12 Yanvar 2010, 15:30

Gənclər üçün Təhsil Mərkəzi 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar internet aksiyası keçirmək qərarına gəlib.
Mərkəzdən Modern.az-a verilən məlumata görə, internet aksiyanın keçirilməsində əsas məqsəd Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də beynəlxalq təşkilatlara 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq və 20 il öncə baş vermiş faciəyə hüquqi qiymətin verilməsini tələb etməkdir. Aksiya 19-20 yanvar 2010-cu il tarixdə Gənclər üçün Təhsil Mərkəzinin baş ofisində keçiriləcək.
Aksiya zamanı əvvəlcədən müəyyən ediləcək qrafikə uyğun olaraq gənclər növbəli olaraq internet vasitəsi ilə 20 Yanvar faciəsi ilə əlaqədar məqalə, foto, bəyanat və bu kimi digər materialları dünyanın müxtəlif nöqtələrinə, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet səhifələrə, əcnəbi qəzet və jurnallara göndərəcəklər. 
Aksiya yalnız Azərbaycanda deyil, paralel olaraq dünyanın müxtəlif ölkələrinə təhsil alan Mərkəz üzvləri tərəfindən də həyata keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir