Modern.az

Əhmədinejad Putinə telefon açıb

Əhmədinejad Putinə telefon açıb

12 May 2012, 18:08

Modern.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Mahmud Əhmədnejad əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər.

Kremlin mətbuat xidmətindən alınan məlumata görə, şənbə günü Vladimir Putinlə Əhmədnejad arasında telefon danışığı olub. Danışıqlar İran İslam Respublikasının səyləri nəticəsində baş verib. Məlumatda Putin və Əhmədnejadın rus-iran əməkdaşlıq münasibətlərini möhkəmləndirmək niyyətində olduğu bildirilib. Danışıqlar zamanı gələcək əlaqələrin perspektiv planları barədə söz açılıb. Mətbuat xidmətindən verilən məlumata görə, İran prezidenti Putini rəsmən Rusiya dövlətinin prezidenti vəzifəsinə keçməsi münasibətilə təbrik edib.    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?