Modern.az

"Rusiyalı nənələr” Bakıda rəqiblərə meydan oxudu

"Rusiyalı nənələr” Bakıda rəqiblərə meydan oxudu

İqtisadiyyat

14 May 2012, 18:44

"Rusiyalı nənələr"in mətbuat konfransında əsl izdiham yaşanıb. Modern.az saytı xəbər verir ki,  8 nəfərlik heyəti olan "Buranovskiye babuşki" qrupu “Eurovision” qaydalarına uyğun olaraq, "Bakı Kristal Zalı" səhnəsində 6 nəfərlə çıxış edəcək. Lakin qrupun digər iki üzvü Zoya Dorotova, Valentina Beqeşeva da Bakıdadır. Onlar öz həmkarlarını “Eurovision2 səhnəsindən canlı izləyəcəklər.
Bu gün Rusiyanın “Eurovision”  Mahnı Müsabiqəsindəki təmsilçilərinin ilk mətbuat konfransında jurnalist və pərəstişkarların izdihamı yaşanıb. Onlar suallardan çox, "hədiyyə" yağışına tutulublar.

"Bakıdakı hər dəqiqəmizdən zövq alırıq. Biz heç vaxt belə gözəl şəhərdə olmamışıq"-deyə onlat bildiriblər.

Nənələrin Bakı haqqında ilk təəssüratları belədir. "Bütün gənclər oxuyur. Biz bəyəm oxumağı bacarmırıq?" – deyən "Rusiyalı nənələr" cavan rəqiblərinə də ismarıc göndəriblər.

 "Biz “Eurovision” Mahnı Müsabiqəsini  Buranovada keçirməyə hazırıq!" deyən Rusiyanın “Eurovision 2012” təmsilçisi "Buranovskiye babuşki" özlərini evdəki kimi hiss edirlər. "Biz öyrəndik ki, Volqa çayı  Xəzərə axır. Kama çayı Volqaya qoşulur. Bizim kəndimizdəki Burla çayı da Kamaya tökülür. Ona görə də biz özümüzü elə evdəki kimi hiss edirik".   Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı