Modern.az

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus vertolyotlar cəbhə səmasında

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus vertolyotlar cəbhə səmasında

Ölkə

11 Sentyabr 2009, 12:52

Bu gün 11:30 radələrində cəbhə xətti üzərindəAzərbaycan Hərbi Hava Qüvvələrinə məxsus vertolyotlar görünüb. ANS-in məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinə məxsus 8 hərbi helikopter təmas xətti üzərində uçuş həyata keçirib. Füzuli və Beyləqan rayonları istiqamətindən gələn helikopterlər Ağdam və Tərtər rayonlarında cəbhə xətti üzərindən Goranoy istiqamətinə uçub.
Xatırladaq ki, ötən gün ermənilər işğal altında olan Ağdam rayonunun Qarağaçlı kəndi istiqamətində hücuma keçmişdilər. Azərbaycan Ordusunun cavab atəşindən sonra düşmən itki verərək geri çəkilməyə məcbur olub. Əməliyyat zamanı 5 erməni hərbçisi ölüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir