Modern.az

“Qaradağ Sement”in müsabiqəsində qalib gələn jurnalistlər elan olundu

“Qaradağ Sement”in müsabiqəsində qalib gələn jurnalistlər elan olundu

Qarabağ

12 Yanvar 2010, 18:10

“Qaradağ Sement” ASC və Azərbaycan Gənclər Təşkilatların Milli Şurasının ötən ilin sonunda jurnalistlər arasında elan etdiyi müsabiqənin nəticələri bu gün elan edildi.
Modern.az xəbər verir ki, "Azərbaycanda gənclərin inkişafı üçün QHT və biznes qurumlarının birgə əməkdaşlığı” mövzusunda keçirilən müsabiqə 2009-cu il oktyabrın 5-də elan edilmişdi. Şərtlərə əsasən, KİV əməkdaşları “Qaradağ Sement” ASC-nin fəaliyyəti ilə bağlı olan kiçik jurnalist araşdırması üçün layihə təklif edib.
“Qaradağ Sement” ASC elan etdiyi bu müsabiqədə xeyli jurnalist iştirak edib. Münsiflər Heyəti isə 11 nəfərin təklifiərinə dəstək vermək qərarına gəlib. Layihələrin qiymətləndirilməsi zamanı onların innovativ və yaradıcı olmasına diqqət yetirilib.
Müsabiqədə qalib gəlmiş jurnalistlər “Ayna” qəzetinin əməkdaşı Fərəh Sabirqızı, “Modern. az” saytının əməkdaşı Lalə Musaqızı, “Şərq” qəzetinin əməkdaşı Seymur Qasımbəyli, “Ekspres” qəzetinin əməkdaşı Aqil Aslan, “Həftə içi” qəzetinin əməkdaşı Mirvari Kamilqızı, “Reytinq” qəzetinin redaktoru Seymur Verdizadə, “Olaylar” qəzetinin əməkdaşı Ədil Ədilzadə, SİA-nın əməkdaşı Elçin Bayramlı, AzərTAc-ın əməkdaşı Xətayi  Əzizov, "Respublika" qəzetinin əməkdaşı Xəlil Cabbarov, "Media forum" saytının əməkdaşı İmdad Əlizadə olublar.
Qaliblərə pul mükafatları, hədiyyələr və sertifikatlar təqdim olunub.


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır