Modern.az

“Eurovision” təmsilçimiz Səbinə Babayeva finalda Alim Qasımovla oxuyacaq

“Eurovision” təmsilçimiz Səbinə Babayeva finalda Alim Qasımovla oxuyacaq

15 May 2012, 16:20

Modern.az-ın eurovision.tv saytına istinadən verdiyi məlumatına görə, “Eurovision” Mahnı Müsabiqəsindəki təmsilçimiz Səbinə Babayevanın çıxışı ilə bağlı yenilik var.

Belə ki, ölkəmizin “Eurovision-2012” təmsilçisi Səbinə Babayeva Azərbaycanın Xalq artisti, muğam ifaçısı Alim Qasımov ilə birgə çıxış edəcək. Muğam ustadı Alim Qasımov Səbinə ilə birlikdə “Eurovision-2012”nin finalında çıxış edəcək.
Alim Qasımovun ifası Səbinəyə Azərbaycan musiqisinin maraqlı elementlərini təqdim etməyə kömək edəcək. Alim Qasımov Səbinənin çıxışı zamanı xüsusi parça ifa edəcək və tamaşaçılara ənənəvi Azərbaycan musiqisinin elementlərini təqdim edəcək.


 
Sevinc İltifatqızı
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir