Modern.az

Alim Qasımov “Eurovison” finalındakı çıxışından danışdı: “...buna razı deyildim...”

Alim Qasımov “Eurovison” finalındakı çıxışından danışdı: “...buna razı deyildim...”

Mədəni̇yyət

16 May 2012, 12:09

“Eurovison 2012” Mahnı Müsabiqəsində təmsilçimiz Səbinə Babayevanın çıxışında yenilik oldu.  Belə ki, Səbinə Babayeva finalda Azərbaycanın Xalq artisti, muğam ifaçısı Alim Qasımovla birgə çıxış edəcək. Dünən muğam ifaçısı “Bakı Kristal Zalı"nda “Eurovision-2012” mahnı müsabiqəsinini açılış şousunun məşqlərinə başlayıb.

Bu duetlə bağlı Alim Qasımov Modern.az-a açıqlama verib. Onun sözlərinə görə, əvvəl təklif olanda “Eurovison” səhnəsinə çıxmaq istəmirmiş. 
“Mənə təklif etdilər ki, belə bir mahnı var, gəlin görün necədir? Mahnını dinlədim, ifa etməyə razılıq verdim, amma səhnəyə çıxmağa yox. Studiyada məşq üçün ifa etdim, çox gözəl alındı. Dedilər ki, mütləq oxumalısan və səhnəyə çıxmalısan. Mən də razılaşdım və  elə dünən ilk məşq oldu”. 

Səhnəylə bağlı öz təəsüratlarını bildirən muğam ustadı qeyd edib ki, ““Bakı Kristal Zal”ın səhnəsi çox gözəldir, hər şey çox yaxşı hazırlanıb.
”Mən həmişə istəyirdim ki, ölkəmizdə belə gözəl bir səhnə, zal olsun”.   

Alim Qasımov bildirib ki, Səbinənin çıxışı zamanı muğam parçası qısa olacaq, çünki mahnının özü elə 3-4 dəqiqədir.

Hələ Səbinə Babayevayla görüşmədiklərini bildirən A.Qasımov “sabah Səbinə xanımla görüşüb,  məşq edəcəyik” deyə əlavə edib.

Sevinc İLTİFATQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər