Modern.az

Dövlət Komitəsi Azərbaycanda 63 il birgə yaşayan ər-arvada brilyant toy edib

Dövlət Komitəsi Azərbaycanda 63 il birgə yaşayan ər-arvada brilyant toy edib

17 May 2012, 17:32

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 15 may Beynəlxalq Ailə günü (BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə  əsasən) münasibəti ilə may ayının 5-dən 15-dək silsilə tədbirlər  və  15 may tarixində  isə İsmayıllı rayon İcra Hakimiyyəti ilə birgə İsmayıllı rayonunda yerləşən Heydər Əliyev adına parkda mərasim keçirilib.

Bu bayram  artıq 5 ildir ki,  komitə tərəfindən regionlarda keçirilir.  Tədbirlər planına əsasən, 10 günlük dekada çərçivəsində respublikanın şəhər və rayonlarında  milli –mənəvi dəyərlərin qorunub saxlanılması ,gənc nəslin tərbiyəsi, sağlam həyat tərzinin təbliğinə istiqamətləndirilmiş  müxtəlif tədbirlər həyata keçirilib və nəticədə  kulinariya (17 ailə), əl işləri (15 ailə), yaradıcı ailə (13 ailə), nümunəvi ailə (32 ailə) nominasiyaları üzrə  rayonlarda keçirilən müsabiqələrdə qalib gələn ailələr (ata, ana və 2 uşaq) öz bacarıqlarını  yekun bayram tədbirində nümayiş  etdirib. Yekun tədbirlərində eyni zamanda qonaq qismində ictimaiyyətin tanınmış  xadimləri, beynəlxalq təşkilatların nümayəndələri də iştirak  ediblər. Dəvət alan qonaqlar ailələrin əl işləri, foto-sərgi və milli koloritləri özündə təcəssüm etdirən xalça və kilimlərlə yaxından tanış olublar. Bayram şənliyində iştirak edən ailələrə Komitə tərəfindən diplom və qiymətli hədiyyələr, eyni zamanda maarifləndirmə məqsədilə çap materialları  təqdim edilib. 
Bayram  şənliyində Nuğayevlər ailəsinin toy şənliyi və 63 il birgə ömür sürmüş Həmzəyevlər ailəsinin isə brilyant toyu keçirilib.
Tədbirdə eyni zamanda Azərbaycan Respublikasında yaşayan müxtəlif millətlərin nümayəndələri -rus, gürcü, ləzgi, molokan, avar, lahıc ailələri də öz bacarıqlarını nümayiş etdiriblər.

Ailə bayramında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov çıxış edərək ürək sözlərini söyləyiblər. Tədbirdə 78 ailə iştirak edib. Keçirilmiş yekun tədbirlərində eyni zamanda qonaq qismində YUNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard, YUNESKO-nun Azərbaycandakı nümayəndəsi Günay Əfəndiyeva və ictimaiyyətin tanınmış xadimləri iştirak  ediblər.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?