Modern.az

Maliyyə Nazirliyi icra büdcəsinə dair sənədi Milli Məclisə təqdim edib

Maliyyə Nazirliyi icra büdcəsinə dair sənədi Milli Məclisə təqdim edib

Təhsil

18 May 2012, 11:01

Mallliyə Nazirliyi 2011-ci ilin icra büdcəsinə dair qanun layihəsini Milli Məclisin İqtisadi siyasət komitəsinə təqdim edib. Bu barədə Modern.az saytına Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəküloğlu məlumat verib. A.Təvəkküloğlu bildirib ki, 2011-ci ilin dövlət büdcəsinin icrası haqqında sənəd bu gün Milli Məclisin İqtisadi siyasət komitəsində müzakirəyə çıxarılacaq.
“Büdcənin icrasına dair sənəd komitə səviyyəsində müzakirə olunduqdan sonra parlamentin plenar iclasına çıxarılacaq”-deyə A.Təvəkküloğlu qeyd edib.
Sənədə görə, 2011-ci ilin büdcəsinin gəlirləri 15700702,02 min manat, xərcləri 15397522 min manat icra olunub.

Anar RÜSTƏMOV 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır